Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7290/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsna qarşı ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-00287 xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2018-ci ildə ailə münasibətlərinə daxil olaraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 adını verdiyi övladı anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri mümkündür. Hal-hazırda münasibətləri formal xarakter daşıyır, onunla bir ünvanda yaşamır. Odur ki, nikahın pozulması, uşağın onun himayəsində qalması və alimentin tutulması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etməli olmuşdur. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə “Mediasiya haqqında” AR Qanunun 33-cü maddəsinə əsasən aşağıdakı məzmunda barışıq sazişi imzalanmışdır: • xx.xx.2018-ci il tarixli 2599 №-li qeydiyyat nömrəsi ilə bağlanan nikahın məhkəmə qaydasında pozulması ilə bağlı cavabdeh tərəfindən etirazın olmaması və mən tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunacağı ilə bağlı öhdəlik götürməyi, • Birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X1 ananın himayəsində qalmağı ilə bağlı maraqlı şəxs tərəfindən etiraz etməməsi və razı olması, • Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən hər ay 235 (iki yüz otuz beş) manat aliment ödəyəcəyi ilə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini, Maraqlı şəxs Fikət oğlu barışığ sazişi üzrə bu vaxtadək aliment məbləği ödəmədiyini bildirərək ərizənin təsdiq edilməsini məhkəmədən xahiçş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 294487 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2825/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2599 nömrəli akt qeydi ilə tərtib olunmuş 27 oktyabr 2018-ci il tarixli nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00287 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Bu Saziş imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsidə xx.xx.2018-ci il tarixdə N° 2599 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. Ərizəçi Bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs 01,08.2024-cü il tarixdən etibarən ona hər növbəti ayın 1-dən 20-dək (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki X2 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentə dair hissəsi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin alimentə dair hissəsini icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçina ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-00287 xx.xx.2024-cü il tarixli Barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 20-dək birinci tərəf: Ərizəçi (birinci tərəf ona təqdim edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçina ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli