Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7465/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Cavabdeh cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Cavabdeh cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi (İlahə) Ağarəfi qızı və Cavabdeh arasında mediasiya reyestrində M-00034 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağlanmış və təsdiq edilmiş MŞB/18/2024-00748 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1 və 2 şərtinin təsdiq edilməsi, barışıq sazişinin 9cu bəndinə əsasən məhkəməyə müraciət etmək üçün çəkilmiş xərclərin, 100 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ərizəçi (İlahə) Ağarəfi qızının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı şəxslə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişin şərtləri birinci tərəf yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması və uşaq yetkinlik yaşına çatanadək hər ay 235 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmiş, ikinci tərəf (Cavabdeh) onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Rəsul-zadə Yusif Hüseyn oğlunun birinci tərəfin Ərizəçi (İlahə) Ağarəfi qızının yanında qalmasına razılıq verir; ikinci tərəf uşağın saxlanılması üçün 2024-cü ilin iyul ayından etibarən hər ayın sonuncu gününə qədər 235 manat məbləğində alimenti birinci tərəfə məxsus bank kartına ödəməyi öhdəsnə götürür; birinci tərəf ikinci tərəfin həftənin cümə günü saat 13:00-da uşağı götürüb şənbə günü 19:00-da geri qaytarmasına, uşağın sağlamlığına və təhsilinə zərər vurmamaq və uşağı götürdüyü yaşayış yerinə təhvil vermək şərti ilə razılığa gəlmişlər. Lakin üzrsüz səbəblərdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin tələblərindən görünür ki, birinci tərəf yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması və uşaq yetkinlik yaşına çatanadək hər ay 235 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmiş, ikinci tərəf (Cavabdeh) onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Rəsul-zadə Yusif Hüseyn oğlunun birinci tərəfin Ərizəçi (İlahə) Ağarəfi qızının yanında qalmasına razılıq verir; ikinci tərəf uşağın saxlanılması üçün 2024-cü ilin iyul ayından etibarən hər ayın sonuncu gününə qədər 235 manat məbləğində alimenti birinci tərəfə məxsus bank kartına ödəməyi öhdəsnə götürür; birinci tərəf ikinci tərəfin həftənin cümə günü saat 13:00-da uşağı götürüb şənbə günü 19:00-da geri qaytarmasına, uşağın sağlamlığına və təhsilinə zərər vurmamaq və uşağı götürdüyü yaşayış yerinə təhvil vermək şərti ilə razılığa gəlmişlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Cavabdeh sazişin şərtlərinə əməl etməmiş, xx.xx.2014-cü il təvəllüdlü Rəsul-zadə Yusif Hüseyn oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş 235 manat alimenti ödəməmişdir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, tərəflərin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi Cavabdeh tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması və uşaq yetkinlik yaşına çatanadək hər ay 235 manat məbləğində alimentin tutulub ərizəçiyə verilməsi hissəsində təsdiq edilməlidir. Eyni zamanda barışıq sazişinin 9-cu bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraicət edən tərəfin qyed olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri dogər tərəfin ona ödənilməsi qeyd olunmuşdur. Belə olan halda ərizəçinin məhkəməyə müraciət etmək üçün çəkilmiş xərclərin, 100 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ərizəçi (İlahə) Ağarəfi qızının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (İlahə) Ağarəfi qızı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: ikinci tərəf (Cavabdeh) onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Rəsul-zadə Yusif Hüseyn oğlunun birinci tərəfin Ərizəçi (İlahə) Ağarəfi qızının yanında qalmasına razılıq verir; ikinci tərəf uşağın saxlanılması üçün 2024-cü ilin iyul ayından etibarən hər ayın sonuncu gününə qədər 235 manat məbləğində alimenti birinci tərəfə məxsus bank kartına ödəməyi öhdəsnə götürür: Barışıq sazişinin 9-cu bəndinə əsasən məhkəməyə müraciət etmək üçün çəkilmiş xərclərin, 100 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ərizəçi (İlahə) Ağarəfi qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-7465/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7465/2024
06.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver