Məhkəmə qərarları › İş №2(008)-7559/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7559/2023

23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7559/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək mediyasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi: Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və Ərizəçi hamiləliyi dövründə və uşaq doğulduğu vaxtdan 3 yaşına çatanadək hər ay 280 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsi, Aralarındakı nikah pozulduqdan sonra Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Ərizəçi köçürüməsi və mənzilin Ərizəçi istifadəsinə verilməsi və Maraqlı şəxs Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilindən çıxarılması barədə barışığın təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs ilə nikaha daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. Hal-hazırda hamilədir. Nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və iş xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilmiş və aralarında barışıq sazişi bağlanmışdır. Cavabdeh nikahın pozulmasına razı olduğunu, birgə nikahdan olan uşağı X2 anasının himayəsində saxlanılmasına, uşağın yekinlik yaşma çatanadək saxlanması üşün hər ay 220 manat sabit pul məbləğində aliment və ərizəçinin hamiləlik dövründə və uşaq doğulduğu vaxtdan 3 yaşına çatanadək hər ay 280 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu, nikah pozulduqdan sonra birgə yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili Ərizəçi istifadəsinə verəcəyini, mənzili tərk edəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Ərizəçi barışıq sazişində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və uşağın atası ilə ünsiyyətdə olmasına etiraz etmməmişdir. Lakin cavabdeh Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən ödəməli olduğu alimenti ödəməkdən imtina edir. Bu günkü günədək heç bir məbləğdə ödəniş etmir. Məhkəmə tələbin «aralarındakı nikah pozulduqdan sonra Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Ərizəçi köçürüməsi və mənzilin Ərizəçi istifadəsinə verilməsi və Maraqlı şəxs Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilindən çıxarılması» hissəsini xx.xx.2023-cü il tarixli qərardadla baxılmamış saxlamışdır. Hazırda məhkəmə barışıq sazişinin birinci bəndinə baxır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək qeyd etdi ki, onun 500 manat ödəməyə imkanı yoxdur, ayda 300 manat ödəyə bilər. 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Belə ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamış, xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. Hal-hazırda ərizəçi hamilədir. Tərəflərin arasında mediasiya sessiyasında xx.xx.2023-cü il tarixdə MŞB/8/2023- 01428 №-li barışıq sazişi təsdiq edilmişdir. Həmin sazişinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və Ərizəçi hamiləliyi dövründə və uşaq doğulduğu vaxtdan 3 yaşına çatanadək hər ay 280 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsi barədə razılığa gəlmişdilər. Hazırda Maraqlı şəxs həmin məbləği ödəmək iqtidarına malik olmadığını bildirir, ərizəçi isə həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1 -ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış, eyni zamanda məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin onun tərəfindən icra edilməməsini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01428 №-li Ərizəçi oğlu ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və Ərizəçi hamiləliyi dövründə və uşaq doğulduğu vaxtdan 3 yaşına çatanadək hər ay 280 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində xx.xx.2023-cü il tarixdə Ərizəçi oğlu ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və Ərizəçi hamiləliyi dövründə və uşaq doğulduğu vaxtdan 3 yaşına çatanadək hər ay 280 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar