Məhkəmə qərarları › İş №2(008)-7694/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7694/2024

29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7694/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün həmin Sazişdə göstərilən şərtlərlə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Əliyeva (Osmanova) Sevda Şahin qızına ödənilməsinə dair qətnamə çıxarılmıışdır. Cavabdeh Maraqlı şəxs xüsusi notarius vəzifəsində işlədiyi üçün gəliri ay ərzində göstərdiyi xidmətlərdən toplanan vəsaitdən asılı olduğu üçün aylıq ödənişlərin müəyyən olunması çətinlik yaradır və tərəflər arasında narazılığa səbəb olduğundan tərəflər aylıq stabil aliment ödənişi barədə razılığa gəlmiş və Bakı 18 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin 2-ci bəndinə əsasən tərəflərin razılaşmasına görə cavabdeh Maraqlı şəxs xüsusi notarius vəzifəsində işlədiyi müddətdə hər ayın 20-dək xx.xx.2010-cu il təvəllüdlü X4 üçün xx.xx.2025-ci il tarixədək hər ay 1900 (bir min doqquz yüz) manat, həmin tarixdən sonra yetkinlik yaşına çatanadək 1750 (bir min yeddi yüz əlli) manat və eynilə xx.xx.2014-cü il təvəllüdlü X2 üçün 01,06.2025-ci il tarixədək hər ay 1900 (bir min doqquz yüz) manat, həmin tarixdən sonra yetkinlik yaşına çatanadək 1750 (bir min yeddi yüz əlli) manat uşaqların anası Osmanova (Əliyeva) Sevda Şahin qızına aliment ödəməlidir. Müəyyən olunmuş aliment ödənişləri Osmanova (Əliyeva) Sevda Şahin qızının kart hesabına birdəfəlik köçürmə ilə yerinə yetirilir. Lakin buna baxmayaraq, Maraqlı şəxs sazişin tələblərinə əməl etməmiş, 2024-cü ilin oktyabr ayı üzrə alimentdən cəmi 1800 manat ödəmiş, 2000 manat qalıq borc qalmışdır. Təbii ki, 2024-cü ilin noyabr ayı üzrə də heç bir vəsait ödənilməmişdir. Bu isə uşaqların təhsilinə, qidalanmasına və mənəvi-psixoloji inkişafına mənfi təsir göstərir. Ərizəçinin vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün həmin Sazişdə göstərilən şərtlərlə təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və nümayəndəyə ödənilmiş 300 manat vəsaitin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00645 nömrəli barışıq sazişindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Əliyeva (Osmanova) Sevda Şahin qızına ödənilməsinə dair qətnamə çıxarılmışdır. Cavabdeh Maraqlı şəxs xüsusi notarius vəzifəsində işlədiyi üçün gəliri ay ərzində göstəridiyi xidmətlərdən toplanan vəsaitdən asılı olduğu üçün aylıq ödənişlərin müəyyən olunması çətinlik yaradır və tərəflər arasında narazılığa səbəb olur. Bu səbəbdən tərəflər aylıq stabil aliment ödənişi barədə, tərəflərin razılaşmasına görə cavabdeh Maraqlı şəxs xüsusi notarius vəzifəsində işlədiyi müddətdə hər ayın 20-dək xx.xx.2010-cu il təvəllüdlü X3 üçün xx.xx.2025-ci il tarixədək hər ay 1900 (min doqquz yüz) manat, həmin tarixdən sonra yetkinlik yaşına çatanadək 1750 (min yeddi yüz əlli) manat və eynilə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixədək hər ay 1900 (min doqquz yüz) manat, həmin tarixdən sonra yetkinlik yaşına çatanadək 1750 (bir min yeddi yüz əlli) manat uşaqların anası Osmanova (Əliyeva) Sevda Şahin qızına aliment ödəməlidir. Müəyyən olunmuş aliment ödənişləri Osmanova (Əliyeva) Sevda Şahin qızının kart hesabına birdəfəlik köçürmə ilə yerinə yetirilir. Bu Saziş imzalanan andan ləğv olunanadək Osmanova (Əliyeva) Sevda Şahin qızı öhdəsinə götürür ki, aliment miqdarı üçün cavabdeh Maraqlı şəxs qarşı gələcəkdə heç bir eyni məzmunlu iddiası və tələbləri olmayacaqdır. Maraqlı şəxs tərəfindən Sazişin 2-ci bəndində göstərilən öhdəliklər yerinə yetirmədiyi halda, Osmanova ( Əliyeva) Sevda Şahin qızı eyni məzmunlu iddia və tələb hüququnu özündə saxlamışdır. Həmin saziş imzaladığı andan qüvvəyə minir, xx.xx.2024-cü il tarixdən cavabdeh aliment ödənişlərini bu razılaşmada göstərilən məbləğdə həyata keçirməyə başlayır. Həmin Saziş icrasına nəzarət edilməsi üçün icra məmuruna təqdim edilir. Aliment öhdəlikləri yalnız həmin sazişdə göstərilən qaydada ödəniləcəyi, Sazişdən kənarlaşmalar barədə tərəflər məhkəməyə müraciət edə bilər, Sazişin şərtləri yalnız tərəflərin gələcəkdə yeni saziş bağlaması və ya bu sazişə əlavələr edilməsi barədə razılığı əsasında mümkündür. Saziş icra edilib başa çatdırılanadək Maraqlı şəxs xüsusi notarius fəaliyyətini dəyişəcəyi və ya gələcəkdə gəlirlərində əhəmiyyətli dəyişiklik olacağı təqdirdə sazişin 2-ci bəndində tərəflərin razılaşması ilə dəyişiklik aparılması barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Osmanova X7 Vəkil bürosuna 300 manat xidmət haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin alimentə dair icrasını vatlı-vaxtında tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu və 300 manat hüquqi xidmətin göstərilməsi üçün haqq ödənilmişdir. Bu səbəbdən də ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat vəsaitin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Əliyeva (Osmanova) Sevda Şahin qızına ödənilməsinə dair qətnamə çıxarılmışdır. Cavabdeh Maraqlı şəxs xüsusi notarius vəzifəsində işlədiyi üçün gəliri ay ərzində göstəridiyi xidmətlərdən toplanan vəsaitdən asılı olduğu üçün aylıq ödənişlərin müəyyən olunması çətinlik yaradır və tərəflər arasında narazılığa səbəb olur. Bu səbəbdən tərəflər aylıq stabil aliment ödənişi barədə razılığa gəlirlər.

2. Tərəflərin razılaşmasına görə cavabdeh Maraqlı şəxs xüsusi notarius vəzifəsində işlədiyi müddətdə hər ayın 20-dək xx.xx.2010-cu il təvəllüdlü X3 üçün xx.xx.2025-ci il tarixədək hər ay 1900 (min doqquz yüz) manat, həmin tarixdən sonra yetkinlik yaşına çatanadək 1750 (min yeddi yüz əlli) manat və eynilə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixədək hər ay 1900 (min doqquz yüz) manat, həmin tarixdən sonra yetkinlik yaşına çatanadək 1750 (bir min yeddi yüz əlli) manat uşaqların anası Osmanova (Əliyeva) Sevda Şahin qızına aliment ödəməlidir. Müəyyən olunmuş aliment ödənişləri Osmanova (Əliyeva) Sevda Şahin qızının kart hesabına birdəfəlik köçürmə ilə yerinə yetirilir.

3. Bu Saziş imzalanan andan ləğv olunanadək Osmanova (Əliyeva) Sevda Şahin qızı öhdəsinə götürür ki, aliment miqdarı üçün cavabdeh Maraqlı şəxs qarşı gələcəkdə heç bir eyni məzmunlu iddiası və tələbləri olmayacaqdır. Maraqlı şəxs tərəfindən Sazişin 2-ci bəndində göstərilən öhdəliklər yerinə yetirmədiyi halda, Osmanova ( Əliyeva) Sevda Şahin qızı eyni məzmunlu iddia və tələb hüququnu özündə saxlayır.

4. Həmin saziş imzaladığı andan qüvvəyə minir. xx.xx.2024-cü il tarixdən cavabdeh aliment ödənişlərini bu razılaşmada göstərilən məbləğdə həyata keçirməyə başlayır.

5. Həmin Saziş icrasına nəzarət edilməsi üçün icra məmuruna təqdim edilir.

6. Aliment öhdəlikləri yalnız həmin sazişdə göstərilən qaydada ödəniləcəyi, Sazişdən kənarlaşmalar barədə tərəflər məhkəməyə müraciət edə bilər.

7. Sazişin şərtləri yalnız tərəflərin gələcəkdə yeni saziş bağlaması və ya bu sazişə əlavələr edilməsi barədə razılığı əsasında mümkündür.

8. Saziş icra edilib başa çatdırılanadək Maraqlı şəxs xüsusi notarius fəaliyyətini dəyişəcəyi və ya gələcəkdə gəlirlərində əhəmiyyətli dəyişiklik olacağı təqdirdə sazişin 2-ci bəndində tərəflərin razılaşması ilə dəyişiklik aparılacaqdır.

Ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat vəkil xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar