Məhkəmə qərarları › İş №2(008)-7790/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7790/2024

19.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7790/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh "xxxx" MMC-yə qarşı "Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6- 02073 nömrəli barışıq sazişinin təsdiq edilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh "xxxx" MMC-yə qarşı "Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02073 nömrəli barışıq sazişinin təsdiq edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Hazırkı iddia ərizəsində iddiaçı Ərizəçi1 ünvanı kimi "Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon H.Seyidzadə küçəsi ev 1 mənzil 29", Ərizəçi2 ünvanı kimi isə "ünvan 2unu təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edildi ki, Ərizəçi1 yaşayış yeri Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə massivi ev 15 mənzil 7, Ərizəçi2 yaşayış yeri isə Bakı şəhəri Nəsimi rayonu Dağıstan küçəsi ev 13 mənzil 4-dür. Belə olan halda, hazırkı ərizə Ərizəçi1 yaşadığı yer üzrə Gəncə Şəhər Məhkəməsinə, yaxud Ərizəçi2 yaşadığı yer üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli idi və həmin iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat" adlanan 40-7-ci fəslində bu hal üçün xüsusi normalar nəzərdə tutulmadığına görə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də hazırkı iddia ərirəzi və ona əlavə edilmiş sənədlər, eləcə də Ərizəçi1 tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli GPP qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.17-ci maddələrinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmədə iddia icraatı deyil, xüsusi icraat qaydasında baxılır. Bu qəbildən olan işlərdə məhkəməyə müraciət iddia ərizəsi formasında deyil, ərizə formasında olmalı, işdə iştirak edən şəxslər isə iddiaçı və cavabdeh deyil, ərizəçi və maraqlı şəxs adlanmalıdırlar. Lakin hazırkı işdə Ərizəçi1 və Ərizəçi2 bu qaydaya riayət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsində deyilir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, Ərizəçi1 və Ərizəçi2 yuxarıda sadalanan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh "xxxx" MMC-yə qarşı "Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02073 nömrəli barışıq sazişinin təsdiq edilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi1 tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli GPP qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar