Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7934/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Seyfəddin oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə MŞB/8/2025-00480 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişi bağlamış, barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nigahdan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü xx.xx.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dək 246 manat sabit pul məbləğində aliment ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin Sazişdə nəzərdə tutulan aliment pulunun bir ayını ödəmişdir. Qalan ayların aliment pulunu ödəməkdən imtina edir.Aralarında olan nigah Bakı şəhəri,Sabunçu rayon məhkəməsinin 2(008)- 3247/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və əvvəlki soyadını qəbul etmişdir. Hazırda maraqlı şəxs Barışıq sazişini könüllü icra etmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00480 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlər barəsində razılığa gəlmişlər. Birinci tərəf: X2 Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə № 1712 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları 28.01,2022-ci il təvəllüdlü X8 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf: Maraqlı şəxs ona 01,03.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dək 246 (iki yüz qırx altı) A2N məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X14 ilə İkinci tərəf: Maraqlı şəxs (uşağın mənafei nəzərə alınmaqla, ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixdən etibarən həftədə 2 dəfə olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-dək (görüş günündən bir gün əvvəl məlumat vermək şərti ilə) ünsiyyətdə olmasına ikinci tərəf: Maraqlı şəxs şərait yaradacağına dair öz üzərinə öhdəliklə götürür. Birinci tərəf: X2 mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X6 ilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə № 1712 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Rzayev X3 tərəf: X6 ilə birgə nikah münasibətlərində dünyaya gələn övladları birgə nikah münasibətlərindən dünyaya gələn öviadları xx.xx.2022-ci il təvəllüdlü X8 Birinci tərəf: X4 (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Rzayev X3 tərəf: X6 ilə birgə nikah münasibətlərində dünyaya gələn övladları birgə nikah münasibətlərindən dünyaya gələn övladlarıxx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: X5 01,03.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dək 246 (iki yüz qırx altı) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Rzayev X3 tərəf: X6 ilə birgə nikah münasibətlərində dünyaya gələn övladları birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X14 ilə (uşağın mənafei nəzərə alınmaqla, ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixdən etibarən həftədə 2 dəfə olmaqla səhər saat 11:00-dan axşam saat 17:00- dək (görüş günündən bir gün əvvəl məlumat vermək şərti ilə) ünsiyyətdə olmasına dair Birinci tərəf: X4 (ananın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir.Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cu maddəsinə görə, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cu maddəsinə görə, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda göstərilən hüquq normalarından da göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsindən yanlız aşağıdakı alternativ hallardan birinin mövcudluğu halında imtina edilməlidir. mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Barışıq sazişi qanuna zidd olduqda Barışıq sazişinin könüllü icrasından boyun qaçırıldıqda. Göstərilən bu hallar alternativ xarakter daşımaqla, həmin bu hallardan birinin mövcudluğu barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsas qismində çıxış edir. İş materiallarında olan barışıq sazişindən görünür ki, barışıq sazişi qanunauyğun olmaqla, tərtibi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir və barışıq sazişi üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur, habelə iş materiallarından maraqlı şəxsin barışıq sazişini könüllü icra etdiyini müəyyənləşdirmək mümkün olmur əksini sübut etmək vəzifəsi daşıyan maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, barışıq sazişi təsdiq edilməli və barışıq sazişi məcburi icra edilməlidir. Ərizəçi eyni zamanda 200 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəyir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mediasiya xərci və dövlət rüsumu ödənildiyindən, ödənilmiş məbləğlər maraqlı şəxsdən əriəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində X6 ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00480 saylı nömrəli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Birinci tərəf: X2 Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə №-1712 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları 28.01,2022-ci il təvəllüdlü X8 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf: Maraqlı şəxs ona 01,03.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dək 246 (iki yüz qırx altı) A2N məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X14 ilə İkinci tərəf: Maraqlı şəxs (uşağın mənafei nəzərə alınmaqla, ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixdən etibarən həftədə 2 dəfə olmaqla səhər saat 11:00-dan axşam saat 17:00- dək (görüş günündən bir gün əvvəl məlumat vermək şərti ilə) ünsiyyətdə olmasına ikinci tərəf: Maraqlı şəxs şərait yaradacağına dair öz üzərinə öhdəliklə götürür. Birinci tərəf: X2 mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X6 ilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə № 1712 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Rzayev X3 tərəf: X6 ilə birgə nikah münasibətlərində dünyaya gələn övladları birgə nikah münasibətlərindən dünyaya gələn öviadları xx.xx.2022-ci il təvəllüdlü X8 Birinci tərəf: X4 (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Rzayev X3 tərəf: X6 ilə birgə nikah münasibətlərində dünyaya gələn övladları birgə nikah münasibətlərindən dünyaya gələn övladlarıxx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: X5 01,03.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dək 246 (iki yüz qırx altı) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Rzayev X3 tərəf: X6 ilə birgə nikah münasibətlərində dünyaya gələn övladları birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X14 ilə (uşağın mənafei nəzərə alınmaqla, ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixdən etibarən həftədə 2 dəfə olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-dək (görüş günündən bir gün əvvəl məlumat vermək şərti ilə) ünsiyyətdə olmasına dair Birinci tərəf: X4 (ananın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Mediasiya prosesi zamanı ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Cəfərova (Rzayeva) Könül Güloğlan qızına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X18
Məhkəmə qərarları › İş №2(008)-7934/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7934/2025
26.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver