Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8223/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı X1 «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 17.08.2021-ci il tarixdə yaşadığı ünvanda ölməsi faktının müəyyən edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X4 yaşadığı ünvanda 11.10.2021-ci il tarixdə vəfat etmişdir. Onların tərəfindən təcili tibbi yardım çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər atası vəfat etdmişdir. Atası anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından atasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Buna görə evin sənədləşdirilməsi ilə əlaqədar olaraq atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə atası X1 17.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ölüm haqqında şəhadətnamə sanədlərin düzgün olması zərurətindən ona lazım olmuşdur. Ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 izahat verərək bildirmişdir ki, ərizəçi onun qayıdır. Qaynatası Bakıda TuranBank ASC-də zərgər işləmişdir. Qaynatasının 17.08.2021ci il tarixində işlədiyi ünvanda ölmüşdür. Yas mərasimində iştirak etmişdir. Maştağa qəbirsalnığında dəfn olunmuşdur. Ölüm səbəbi ürəktutma kimi deyilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 izahat verərək bildirmişdir ki, ərizəçinin bibisi oğludur. Hadisə 17.08.2021-ci il tarixdə olmuşdur, Məlikov Oktay Bakı şəhərində iş yerində vəfat etmişdir. Sağlam adam olmuşdur. Ölüm səbəbi ürəktutma deyilmişdir. Cənazə yuyulan zaman getdiyini, yas mərasimini Maştağada yaşadığı ünvanda keçirildiyini qeyd etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Maştağa “X7” Məscidinin 11.10.2021-ci il tarixli, QAN 014 saylı arayışının surətindən görünür ki, fotoşəkillərə əsasən məzar daşı X3 aiddir və Bakı şəhəri Mştağa qəbiranlığında Pirşəhid qəbirsanlığında yerləşr. -Təcili və təxirəsalınmaz X5 ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 24.08.2021-ci il tarixdə, 11:19-da 3 saylı Bölmənin təcili tibbi yardım briqadasının tərkibi Nizami 53 TuranBank ünvanına gəlmiş və həkimə qədər kişi cinsinə mənsub meyit aşkarlanmışdır. -7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 613 nömrəli, 16 oktyabr 2021-ci il tarixli məktubundn görünür ki, X4munun ölüm hadisəsi iş yerində baş vermiş və “Həkiməqədər ölüm” qeyd olunmuşdur. Mərhumun ölümünün səbəbi məlum olmadığı üçün poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. -AZE seriyalı, 17590024 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 23.10.1967-ci il tarixdə doğulmuşdur. - 4 saylı Bakı Asan Xidmət X2 Ərizəçi oğluna ünvanladığı 11 oktyabr 2021-ci il tarixli 05/Q-1082-15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. «ölüm faktının müəyyən edilməsi» üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 23.10.1967-ci il tarixdə doğulmuş X1 17.08.2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.10.1967-ci il tarixdə doğulmuş X1 17.08.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-8223/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8223/2021
09.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver