Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-825/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının, Cavabdeh1 iştirakları ilə, X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyi olmaqla zəbt edilmiş ərazinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və torpaqların əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyi olmaqla zəbt edilmiş ərazinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və torpaqların əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizsiə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin xx.xx.2020-ci il tarixli iclasına çağırılmış, iddiaçının nümayəndəsi və vəkili və Cavabdeh1 məhkəməyə gəlmiş, lakin digər cavabdehlər və üçüncü şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə izahatları dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyi olmaqla zəbt edilmiş ərazinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və torpaqların əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-825/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-825/2020
12.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver