Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8312/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə arasında bağlanmış MŞB/8/2025-01283 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarından və məhkəmə tərəfindən araşdırma zamanı əldə edilmiş 2(008)-5880/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamədən görünür ki, “Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01283 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Birinci tərəf: X1 imzalamaqla İkinci tərəf, həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri və İkinci tərəf Maraqlı şəxs xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli) Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, mənzil 63 (yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28,M7,m 9) mənzilin notarial qaydada 10 (on) gün ərzində onun Birinci tərəf: Ərizəçi adına rəsmiləşdirəcəyinə (mülkiyyətinə keçirəcəyinə) dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu daşınmaz əmlakla bağlı İkinci tərəf: Maraqlı şəxs ona qarşı heç-bir iddia və tələblərdə çıxış etməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: İsayeva X5 imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri və İkinci tərəf: Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, mənzil 63 (yeni qaydalarla: AZ1040, ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından aidiyyəti DİN orqanına müraciət etməklə, mübahisəsiz qaydada 10 (on) gün müddətində könüllü şəkildə çıxacağına dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır." qət edilmişdir. Göründüyü kimi, artıq eyni iddia tələbi, eyni predmet və eyni əsaslardan ibarət mülki iş üzrə məsələyə baxılmış, aətnamə qəbul edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, bu məsələyə artıq məhkəmə tərəfindən baxıldığından və həmin qətnamə artıq qanuni qüvvəsini aldığından hazırki tələb yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki ərizənin icraata qəbulundan imtina olunmalıdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizəsinin qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-cİ maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qarşı “Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov. İş № 2(008)-5450/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi.........................., İddiaçı X2 cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə xx.xx.2024-cü il tarixdə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 12:30-da başlandı. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib qərardad qəbul etdim. Prosessual hərəkət saat 12:35-də bitdi. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 8 Tel: (012) ***-**-** Faks: (012) ***-**-** www.sabuncucourt.gov.az mailto:contact@sabuncucourt.gov.azElektron ünvan İş № 2(008)-4035/2018 13 may 2019-cu il Bakı şəh, Bakıxanov qəs, Sülh küç, 8 İnzibati bina X8 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3229/2018 saylı, 09 mart 2018-ci il tarixli qərardadı Sizə göndərilir. Qoşma: qərardadın surəti, iddia ərizəsinə əlavə olunmuş sənədlər Məhkəmənin hakimi
Məhkəmə qərarları › İş №2(008)-8312/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8312/2025
24.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver