Məhkəmə qərarları › İş №2(008)-84/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-84/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-84/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülk işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 273568,19 ABŞ dolları məbləğində əsas borcun, 1595,81 ABŞ dolları məbləğində faiz borcun, 32206,76 ABŞ dolları gecikdirilmiş əsas borcun, 66839,68 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcun, ümumilikdə 374210,44 ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rusumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 38 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi və Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-1379/2018 nömrəli qətnaməsinə əsasən cavabdehlər "xxxx" MMC-dən və X1 tutulmuş 273568,19 ABŞ dolları əsas borc, 1595,81 ABŞ dolları faiz borcu, 32206,76 ABŞ dolları gecikdirilmiş əsas borc, 66839,68 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, ümumilikdə 374210,44 ABŞ dolları kredit borcunun milli manat ekvivalentində, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rusumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 manat rüsum məbləğinin "xxxx" MMC ilə bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 038NZA №-li «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* №-li çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, açıq hərracda ipoteka predmetinin ilkin satış qiymətinin 239900 manat müəyyən edilməsi və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar