Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8555/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 17.12.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini bununla əsaslandırmışdır ki, atası X4 17.12.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həmin tarixlərdə dəfn mərasimi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Daha sonra bu məqsədlə müvafiq qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, atasının ölməsi faktının müəyyən edilməsi əvvəllər polis əməkdaşı olmuş mərhum qardaşı X3 pensiya işi ilə əlaqədar tələb olunur. O, qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşıdır. Mərhum atası X4 17.12.1994-cü il tarixdə səhər saat 07:30-da 52 yaşında yaşadığı evdə infarkt xəstəliyindən vəfat etmişdir. Həmin vaxt atasının yanında mərhum qardaşı, anası və həyat yoldaşı olmuşdur. Mərhum Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun həm həmkəndlisi, həm də qonşusudur. Ərizəçinin mərhum atası X4 17.12.1994-cü il tarixdə ürəktutmasından vəfat etmişdir. Bu barədə qonşulardan xəbər tutmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Mərhum Pirşağı qəsəbəsində yerləşən “Şuşa” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirdi ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçinin mərhum atası X4 17.12.1994-cü il tarixdə infarkt səbəbindən, yaşadığı Ramana qəsəbəsində yerləşən məcburi köçkün düşərgəsində vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Mərhum Pirşağı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 2608-05/15 saylı, 29.10.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 2304-05/15 saylı, 27.10.2021-ci il tarixli arayışdan görünür ki, X2 17.12.1994-cü il tarixə aid ölüm akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 641117 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X5 birgə nikahından xx.xx.1977-ci il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 178746 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02.05.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan məzardaşının fotoşəkli ilə də 14.02.1942-ci il təvəllüdlü X2 17.12.1994-cü il tarixdə vəfat etdiyi müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2505 saylı, 01.11.2021-ci il tarixli arayışdan görünür ki, Xocalı şəhər köçkünü Ərizəçi ünvan 1 ünvanında müvəqqəti yaşayır. İş materiallarında olan AA № 364270 seriyalı, 16.06.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 şəhər köçkünü kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi atası X4 17.12.1994-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Onun ölməsi faktının müəyyən edilməsi ərizəçinin mərhum qardaşının pensiya işi ilə əlaqədar sənədləşmə işlərinin aparılması zərurətindən irəli gəlir və ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də, 14.02.1942-ci il təvəllüdlü X2 17.12.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.02.1942-ci il təvəllüdlü X2 17.12.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-8555/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8555/2021
02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver