Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-859/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X6 məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.1968-ci il təvəllüdlü atası X3 xx.xx.2021-ci il tarixdə səhər saatlarında yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Həmin vaxt evdə anası, bacısı və özü olmuşdur. Atası sağlığında epilepsiya (sudurğa) xəstəliyindən əziyyət çəkmişdir. X12 Stansiyası PHŞ-nin 103 qaynar xəttinə məlumat vermiş, lakin ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən, ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə qonşudur. xx.xx.2021-ci il tarixdə mərhum Abbasın yoldaşı onun vəfatı barədə məlumat vermişdir. Mərhumun sağlığında epilepsiya (sudurğa) xəstəliyindən əziyyət çəkməsi ona məlumdur. Yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, mərhumun bacısıdır. Onun xx.xx.2021-ci il tarixdə ölümü barədə səhər saatlarında gəlini məlumat vermişdir. Mərhum həmin tarixdə xx.xx.2021-ci il tarixdə Maştağa qəsəbəsi, “Keçənlər” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Abbas onun qayınatasıdır. xx.xx.2021-ci il tarixdə səhər radələrində onun vəfat etdiyini görüb, X12 Stansiyası PHŞ-nin 103 qaynar xəttinə bununla bağlı məlumat vermişlər. Mərhum həmin tarixdə Maştağa qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, (habelə fotoşəkilləri) araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 05123399 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Az-İ 742463 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Ərizəçi atası X2r. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Maştağa qəsəbəsi, “Keçənlər” qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyası ölüm haqqında xx.xx.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən bölmənin X12 briqadasının əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. 26 noyabr 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-859/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-859/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver