Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-937/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər X3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 26 saylı evin öz mülkiyyətində və istifadəsindəki 101.1 kv.m yaşayış sahəsi olan “B” və 26.9 kv.m yaşayş sahəsi olan “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, adına 10/773 İnventar №li, 02 №li reyester kitabının 217 ci səhifəsində xx.xx.1974-cü il tarixli arxiv qeydləri əsasında ünvan 1 ünvanındakı “A” “B” “D” “E” literli tikililərindən ibarət evə mülkiyyət hüququ tanınmış və həmin evə texniki posport almışdır. xx.xx.1999-cu il tarixində 082920 №li müqavilə əsasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “A” literli 3 otaqlı yaşayış evini vətəndaş Cavabdeh2 satmış, adına ******* №li yeni qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsində Bakı şəhəri, ünvan 3 ünvanındakı əmlak bir pay üzrə “B” və “E” literli tikili onun, digər pay “A” literli tikili Cavabdeh2 verilmişdir. Paylar üzrə tikililər arasında 1999-cu ildən bu günə kimi daş hasar var. Həmin evlərin hər birinin giriş-çıxışı ayrıdır. Özünə aid “B” və “E” literli tikili evdə yaşayır. Digər pay - “A” literli tikili evin sahibi Cavabdeh2 isə vəfat etdiyi vaxta qədər öz ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. O, özünə aid olan hissənin natura qaydada bölünməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsi müraciət etmişdir. Həmin idarənin əməkdaşı gələrək bütün tikililəri ölçmüş, Bakı şəhəri, ünvan 3 ünvanındakı əmlakların bölgü eskizi çəkilmiş, lakin “A” literli tikili evin sahibi Cavabdeh2 vəfat etdiyi üçün bölgü sxeminin təsdiqlənməsi mümkün olmamışdır. Həmin “A” literli tikili evin sahibi Cavabdeh2 vəfat etdikdən sonra həmin əmlakda onun oğlu cavabdeh X4 yaşayır. Ona dəfələrlə əmlaklarına ayrı-ayrı çıxarışların alınması üçün müraciət etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə işi uzatmış və məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İstifadəsində “B” “E” və “D” literli tikililər olmaqla, “B” literli yaşayış binası 101.10 kv.m, “E” literli yaşayış binası olan 26.9 kv.m, “D” literli tikili (hamam) 5.9 kv.m-dən ibarətdir. Digər tikililər isə cavabdehin istifadəsindədir. Göstərilənlərə əsasən, iddiaçı iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən A literli tikili anası Cavabdeh2 paylı mülkiyyətində olmuş, “B” və “E" tikililəri isə, iddiaçının paylı mülkiyyətindədir. Anası vəfat etsə də, vərəsəlik işləri hələ də tamamlanmamış, anasından qalan hazırkı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Lakin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi faktiki olaraq onun istifadəsindədir, ailə üzvləri ilə birgə həmin evdə yaşayır. Həmin tikili iddiaçıya məxsus tikililərdən ayrı yerləşir, ona görə, iddiaçının payının naturada bölünməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, Cavabdeh2 və İddiaçı verilmiş FM 001994 və FM 001995 seriya nömrəli qeydiyyat vəsiqələrinin surətlərindən görünür ki, ünvan 5 ünvanında yerləşən 26 saylı fərdi yaşayış evinin “B” literli tikilisi İddiaçı adına, “A” literli tikili isə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. - Məhkəmənin iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadına əsasən, təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2640 №-li rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla bölünmüş şəkildə olduğu müşahidə olunmuşdur. Belə ki, mülki iş materiallarındaolan (səh.10) Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədində “A” və “Q” hərfləri ilə işarələnmiş tikililərin iş üzrə cavabdeh tərəfin, “B” və “E” hərfləri ilə işarələnmiş tikililərin isə iş üzrə iddiaçı tərəfin istifadəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri, bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalı, qeyri-yaşayış sahələrinin tərəflər arasında bölgüsü zamanı isə tərəflərin hər birinin sərəncamında paylara uyğun sahələr üzrə tikililər və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Həmin rəylə ekspert belə nəticəyə gəlmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus “B” və “E" tikililərinin hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla cavabdehin istifadəsində olan “A" tikilisindən faktiki olaraq ayrılmış vəziyyətdə olduğunu nəzərə alaraq, həmin bölgü qaydasının İnşaat Norma və Qaydalarına, Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 26 saylı evin “B” literli tikilisi İddiaçı paylı mülkiyyətində, “A” literli tikili isə mərhum Cavabdeh2 paylı mülkiyyətində olmuşdur. Lakin ekspert rəyindən göründüyü kimi, həmin evin “E” literli tikilisi də faktiki olaraq mövcuddur və o, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının faktiki istifadə və sahibliyindədir. Cavabdeh2 vəfatından sonra onun oğlu hazırkı mülki iş üzrə cavabdeh X5, anasıdan qalmış miras əmlakı faktiki olaraq qəbul etməklə, onun paylı mülkiyyətində olmuş “A” literli tikilidə ailə üzvləri ilə birlikdə yaşayır. Belə olan halda, məhkəmə, ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Yəni, İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsində yerləşən 26 saylı evin “B” və “E” tikililəri cavabdeh X2 faktiki istifadəsində olan (üzərində mərhum Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı) “A” tikilisindən naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində məhkəmə xərci cavabdeh İddiaçı edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 26 saylı evin İddiaçı mülkiyyətində olan “B” və faktiki istifadəsində olan “E” literli tikililəri, cavabdeh X2 faktiki istifadəsində olan (üzərində mərhum Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı) “A” literli tikilisindən naturada ayrılsın. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 21***5, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601*********03944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-937/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-937/2023
12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver