Məhkəmə qərarları › İş №2(008)-999/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-999/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-999/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, əri X1 qəsəbəsində yaşamışdır. Sağlığında ciyərlərindəki problemlərdən əziyyət çəkmiş, dəfələrlə müalicələr alsa da, nəticəsi olmamışdır. xx.xx.2016-cı il tarixdə müalicə aldığı 3 nömrəli Şəhər Kliniki Xəstəxanasında vəfat etmişdir. Bu hal, Bakı Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının 69 nömrəli arayışı ilə də təsdiq olunur. Şəhadətnamə almaq üçün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hazırkı faktın müəyyən edilməsi ona pensiya işləri ilə bağlı sənədləşmə ilə əlaqədar tələb olunur. Qeyd edilənlərə əsasən, ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Ərizəçi bacısıdır. Bacısının əri Rəşid uzun müddət ciyərindəki xəstəlikdən əziyyət çəkmiş, dəfələrlə xəstəxanada yatmışdır. O, xx.xx.2016-cı il tarixdə müalicə aldığı Sabunçu xəstəxanasında vəfat etmişdir. Kürdəxanı qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimlərində o da yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, mərhum onun əmisi oğlu, həm də bacısı qızının yoldaşıdır. Sağlığında ciyərlərində kəsin ağrılar olmuş, müalicələr almışdır. Mərhum xx.xx.2016-cı il tarixdə Bakı şəhərində, 3 nömrəli Şəhər Kliniki Xəstəxanasında vəfat etmişdir. Kürdəxanı qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, (habelə fotoşəkilləri) araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 05735167 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Ərizəçi 1982-ci ilin aprel ayında 323 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının 69 nömrəli arayışının surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə həmin xəstəxanada vəfat etmişdir. İşdə olan, 5 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində məlumatlara istinadən, X7 vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar