Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1012/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X18 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə 07 may 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1911-ci il təvəllüdlü X2 xx.xx.1991-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin ata nənəsi X9 1911-ci il təvəllüdlüdür. X1 ilə birgə nikahlarından X10, X11, X6, X12 və X17 adında övladları dünyaya gəlmişdir. Hazırda bu şəxslərdən sağ qalanı yoxdur. O, Əli-Bayramlı (Şirvan) şəhərində vəfat etmişdir. Nənəsindən miras qalmış Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, H.B.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşməsi zərurəti yarandığından, ona ilkin olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə alınması bildirildi. Nənəsi uzun illər yataq xəstəsi olmuş və xx.xx.1991-ci il tarixdə vəfat etmiş, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə qəbristanlığında dəfn edilmişdir. Nənəsinin ölümü ilə bağlı Qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamənin alınması məqsədilə müraciət etsə də, ona imtina verilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, X9 onun qonşusu olmuşdur. Oğlanları Veyis, Nəsib və Əlini tanıyırdı. Tarixini dəqiq xatırlamasa da, təxmini deyə bilər ki, Səkinə 90-cı illərin əvvəllərində Hacıqəhrəmanlı qəsəbəsində vəfat etmişdir. Dəfnində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 bildirmişdir ki, X9 onun qonşusu olmuşdur. Oğlanları Veyis, Nəsib, Əlini və qızları Teyfə və Sonanı tanıyırdı. Səkinə onlara qonşuluğa köçdükdə əri artıq vəfat etmişdir. Ərizəçi Səkinənin nəvəsidir. Tarixini dəqiq xatırlamasa da, təxmini deyə bilər ki,Səkinə 90-cı illərdə Hacıqəhrəmanlı qəsəbəsində vəfat etmişdir. Dəfnində o da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vİİ-ЖГ №250484 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X7r. AZ-İ № 600933 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. 577852 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 anası X5r. AZ-İ № 201360 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 09 avqust 2016-cı il tarixdə vəfat etmişdir. AZ-İİ № 376113 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 14 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. AZ-İİ № 057480 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli Hacıqəhrəmanlı qəsəbə İƏV üzrə nümayəndə və qəsəbə sakinləri tərəfindən tərtib edilmiş aktda qeyd edilir ki, Ərizəçi atasının anası X9 1911-ci ildə anadan olmuş, xx.xx.1991-ci ildə vəfat etmiş, Hacıqəhrəmanlı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məzar daşının fotoşəklindən görünür ki, 1911-ci il təvəllüdlü X9 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 1911-ci il təvəllüdlü X2 xx.xx.1991-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1911-ci il təvəllüdlü X2 xx.xx.1991-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X9 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1012/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1012/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver