Məhkəmə qərarları › İş №2(009)-1014/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1014/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1014/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. Mərhum qardaşı X8 xx.xx.1985-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi mərhum qardaşına aid şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin surətləri ilə təsdiq edir. Mərhum qardaşı, xx.xx.1985-ci il təvəllüdlü X8 vəfat etdiyi tarixədək onunla birlikdə eyni ünvanda yerləşən mənzildə yaşayırdı. Lakin xx.xx.2023-cü il tarixində, ünvan 1 ünvanında yerləşən mənzildə ağciyərlərin fıbroz-kavernor vərəm diaqnozu ilə ölməsi ehtimal olunurdu. Ölüm şəraiti yatdığı yerdə keçinməsi ilə xarakterizə olunur. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, TQS027/2 nömrəli vərəmli pasiyentin xəstəlik tarixindən çıxarış surəti ilə təsdiq edir. Mərhum qardaşı xx.xx.2023-cü il tarixində Salyan rayon qəbiristanlığında dəfn edilmişdir. Bunu Salyan rayon Bələdiyyəsindən əldə etdiyi və hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi 181 saylı, xx.xx.2023-cü il tarixli “dəfn haqqında” arayışın əsli ilə təsdiq edir. “Ölüm haqqında şəhadətnaməni” almaq üçün Səbail Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2022-ci il tarixli müraciət etdikdə, həmin şöbə tərəfindən, “olüm haqqında tibbi şəhadətnamə”-nin, başqa sözlə “Forma 106” arayışının olmamasını əsas gətirərək tələbini icra etmədilər və məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-16-5/7-15-317/23 saylı imtina məktubunun əsli ilə təsdiq edir. Elə ona görə də, bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, qardaşı ağciyər xəstəliyindən əziyyət çəkirdi. Narkotik vasitədən də istifadə edirdi. Bu səbəbdən Ağciyər İnstitutunda yatıb. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA2955675 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Xİ-ЖГ seriyalı, 358501 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1985-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan XV-ЖГ seriyalı, 488227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ seriyalı, 309003 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 mart 2000-ci il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 111764 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2005-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 iyul 2005-ci il tarixdə - nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 181 nömrəli arayışından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Salyan rayon qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-16-5/7-15-317/23 nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 19 saylı X14 Stansiyası xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanına xəstə X8 ilə bağlı çağırılmış, 20.35-da ünvana çatmışdır. Çatdıqda həkiməqədər ölüm baş vermiş və kişi cinsli meyid aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində X3 onun qardaşı olduğunu, qardaşının vərəm xəstəliyindən əziyyət çəkdiyini, eyni evdə yaşadıqlarını, ona qulluq etdiyini bildirmişdir. Son dəfə yatağında uzanmış və X14 maşını gəlib çatdıqda isə artıq qardaşı keçinmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində X8 ilə əvəllər qonşusu olduğunu, xəstəlikdən əziyyət çəkdiyini, evə gələrkən artıq keçindiyini, daha sonra onun dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin qardaşı olmuşdur. X1 rayon qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar