Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1028/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, X1 iştirakları ilə, Ərizəçi (Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi və Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi cəlb edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi və Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi cəlb edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 17.11.1949-cu il təvəllüdlü X2 11.02.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, bacısı X6 17.11.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, 11.02.2021-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir. O, bacısının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Başqa yolla ölüm haqqında şəhadətnaməni ala bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinin və Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17.11.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan 26 Bakı Komissarları VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 arasında 02.07.1987-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Kvartsova” soyadı verilmişdir. İş materiallarında olan X12 X11 19 saylı Yardımçı Stansiyasının 11.02.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 11.02.2021-ci il tarixdə xəstə X5 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 1 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi qadın olan meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, 17.11.1949-cu il təvəllüdlü X6 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında 11.02.2021-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 16 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 17.11.1949-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 11.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 17.11.1949-cu il təvəllüdlü bacısı X2 11.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 17.11.1949-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 11.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.11.1949-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 11.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1028/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1028/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver