Məhkəmə qərarları › İş №2(009)-104/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-104/2021

23.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-104/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında olan binanın 3-cü mərtəbəsində olan sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin, Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən fərdi yaşayış evi tikmək üçün sahəsi 1200 kv.m olan torpaq sahəsinin və “Volkswagen Polo” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomaşının onun və Cavabdeh birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyəti hesab edilməsi və həmin əmlaklar üzərində onun ½ hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı, Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, 10 saylı mənzilin və Bakı şəhəri, Xətai rayonu, Türkan qəsəbəsi, 52 saylı bağ evinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi aralarında bölünməsi, həmin əmlaklara uşaqların mənafeyi nəzərə alınmaqla onun 2/3 pay hüququnun, cavabdehin isə 1/3 pay hüququnun tanınması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər Barışıq Sazişini məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin 2.1.1, 2.1.2 və 2.2.1-ci bəndlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflər arasında bağlanmış Barışıq Sazişininin 2.1-ci bəndinə əsasən, Bu Sazişin 1ci bəndində qeyd edilən predmetlər üzrə ər (keçmiş ər) İddiaçı öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmet üzrə - ilkin iddia tələbi üzrə İddiaçı bu Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiq edildikdən və qərardad qanuni qüvvəyə mindikdən sonra aşağıdakı əmlakları Cavabdeh xeyrinə verməyi və birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payından imtina etməyi öhdəsinə götürür. İ. ünvan 2 ünvanında yerləşən evin 3-cü mərtəbəsində sahəsi 85 m2 olan 3 otaqlı mənzil; İİ. ünvan 3 ünvanında yerləşən evin sahəsi 48.14 m2 olan 2 otaqlı 10 nömrəli mənzili; İİİ. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 52 ünvanında yerləşən sahəsi 135.42 m2 olan 4 otaqlı bağ evi; İV. Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 112 saylı Qərarı ilə ayrılmış və A № 077669 saylı plan-ölçü ilə fərdi yaşayış evi tikmək üçün müəyyən edilmiş sahəsi 1200 m2 olan 83 nömrəli torpaq sahəsi. 2.1.2. Bu Sazişin 2.1.1-ci bəndində qeyd edilən bütün daşınmaz əmlaklar İddiaçı tərəfindən təhvil verildikdə, həmin əmlaklarda olan bütün mebel avadanlıqları və məişət texnikaları olduğu kimi saxlanılır. İddiaçı təhvil verdiyi əmlakların onda olan giriş qapısına dair açarları təhvil verməyi öhdəsinə götürür. 2.2. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə, arvad (keçmiş arvad) Cavabdeh öhdəlikləri: 2.2.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmet üzrə - qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh bu Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiq edildikdən və qərardad qanuni qüvvəyə mindikdən sonra aşağıdakı əmlakı İddiaçı xeyrinə verməyi və birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payından imtina etməyi öhdəsinə götürür. İ. “Volkswagen Polo” minik markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşını 2 (iki) ədəd açarı və EAL dəsti ilə birlikdə (şəhadətnamə № AC 556233; ili 2013; rəngi Ağ; mühərrik № CFN420472; ban № XW8ZZZ61ZDG061750) Həmin barışıq sazişinin 3.1-ci bəndində göstərilir ki, Bu Sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə(lər) tərəfindən bu Sazişi təsdiqi üzrə qərardad(lar)ın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarının bəyan edirlər və razılaşırlar. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişinin 2.1.1, 2.1.2 və 2.2.1-ci bəndləri təsdiq edilsin: 2.1 Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə ər (keçmiş ər) İddiaçı öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmet üzrə - ilkin iddia tələbi üzrə İddiaçı bu Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiq edildikdən və qərardad qanuni qüvvəyə mindikdən sonra aşağıdakı əmlakları Cavabdeh xeyrinə verməyi və birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payından imtina etməyi öhdəsinə götürür. İ. ünvan 2 ünvanında yerləşən evin 3-cü mərtəbəsində sahəsi 85 m2 olan 3 otaqlı mənzil; İİ. ünvan 3 ünvanında yerləşən evin sahəsi 48.14 m2 olan 2 otaqlı 10 nömrəli mənzili; İİİ. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 52 ünvanında yerləşən sahəsi 135.42 m2 olan 4 otaqlı bağ evi; İV. Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 112 saylı Qərarı ilə ayrılmış və A № 077669 saylı plan-ölçü ilə fərdi yaşayış evi tikmək üçün müəyyən edilmiş sahəsi 1200 m2 olan 83 nömrəli torpaq sahəsi. 2.1.2. Bu Sazişin 2.1.1-ci bəndində qeyd edilən bütün daşınmaz əmlaklar İddiaçı tərəfindən təhvil verildikdə, həmin əmlaklarda olan bütün mebel avadanlıqları və məişət texnikaları olduğu kimi saxlanılır. İddiaçı təhvil verdiyi əmlakların onda olan giriş qapısına dair açarları təhvil verməyi öhdəsinə götürür. 2.2. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə, arvad (keçmiş arvad) Cavabdeh öhdəlikləri: 2.2.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmet üzrə - qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh bu Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiq edildikdən və qərardad qanuni qüvvəyə mindikdən sonra aşağıdakı əmlakı İddiaçı xeyrinə verməyi və birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payından imtina etməyi öhdəsinə götürür. İ. “Volkswagen Polo” minik markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşını 2 (iki) ədəd açarı və EAL dəsti ilə birlikdə (şəhadətnamə № AC 556233; ili 2013; rəngi Ağ; mühərrik № CFN420472; ban № XW8ZZZ61ZDG061750) 3.1. Bu Sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə(lər) tərəfindən bu Sazişi təsdiqi üzrə qərardad(lar)ın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edirlər və razılaşırlar. Hazırkı saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik üç nüsxədə, tərtib edilmişdir. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair 2(009)-104/2021 saylı mülki işin icraatına xitam verilsin. İddiaçı və Cavabdeh izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar