Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1046/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs1 göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs1 arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumunun maraqlı şəxsdən tutulması barədə qərardad qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsasa görə geri qaytarılmalıdır. AR MPM-nin 355-23.1-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Hakim qeyd ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçinin yaşadığı yer üzrə yerləşən məhkəməyə verilməlidir. Ərizəçi isə ərizədə öz yaşayış ünvanını Binəqədi rayonu, Ə.ünvan 1əhkəməsinə təqdim etmişdir. AR MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilən Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, ərizəçi barışıq sazişin təsdiq edilməsi ilə bağlı ərizəni yaşadığı yer üzrə yerləşən məhkəməyə təqdim etmədiyindən məhkəmə icraatı mümkün deyil və geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 355-23.2-151.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığında geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1046/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1046/2025
11.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver