Məhkəmə qərarları › İş №2(009)-1061/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1061/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1061/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçı X8 nümayəndəsi və vəkili X13, Cavabdeh2 nümayəndəsi və vəkili X2, Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili X17 iştirakları ilə, İddiaçı X8 üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notoriat Kontoru və Bakı şəhəri 12 saylı Notoriat Kontoruna qarşı alqı-satqı və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı notariat kontoruna, Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (4 saylı ofisinə) dair Cavabdeh1 ilə onun arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də, 12 saylı X15 Əliağa Qaraxan oğlu ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (4 saylı ofisə) dair xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsinin və bununla bağlı Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (4 saylı ofis) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 3854 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yaxın qohumu X10 pul lazım olduğu üçün bankdan kredit götürməli olduğunu, buna görə də. mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsini (4 saylı ofis) formal olaraq Cavabdeh1 Qaraxcan oğlu adlı şəxsin adına alqı-satqı edilməsini və bankda olan kredit borcunu ödədikdən sonra həmin qeyri-yaşayış sahəsini (4 saylı ofis) yenidən onun adına rəsmiləşdiriləcəyini bildirdi. O buna etiraz etməyib razılaşdı. Bundan sonra o, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsini formal olaraq Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2014-cü il tarixli, AN-İ № ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən Cavabdeh1 satmışdır. Qeyri-yaşayış sahəsini (4 saylı ofis) dəyərini təşkil edən 148500 manat məbləğində pul vəsaiti X7 nümayəndəsi tərəfindən «xxxxxxxxxxxxxx» ASC-nin kassasına Zamanov X22 adından mədaxil edilmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2014-cü il tarixdə, X10 istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçildi və o, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Bu müddət ərzində onun həmin əmlakın girov qoyulub pul götürülüb-götürülməməsindən məlumat olmadı. Son vaxtlar X10 cəzaçəkmə müəssisəsindçn azad edildi və bundan sonra ona məxsus qeyri-yaşayış sahəsinin (4 saylı ofis) girov qoyulub-qoyulmadığı, girov qoyulmamışdırsa, yenidən öz adına sənədləşdirilməsini bildirdikdə, o, həmin vaxt həbs edildiyi üçün həmin əmlakların girov qoyulmadığını və həmin əmlakların yenidən onun adına sənədləşdiriləcəyini bildirdi. Lakin bu yaxında onlara məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyriyaşayış sahəsini (4 saylı ofis) qardaşı X3 arvadı X4 təkidi ilə oğlu Cavabdeh2 bağışlamışdır. Hazırda onlar Cavabdeh1 müraciət edərək, ona məxsus əmlakın geri qaytarılmasını tələb etsələr də, Cavabdeh1 yuxarıda qeyd olunan xüsusatları etiraf edərək, onun bu işdə heç bir təqsirinin olmadığını, o, bu hərəkətləri mərhum qardaşı Ağamikayıl İsmayılovun və onun arvadı Svetlana Mustafayevanın təkidləri ilə etdiyini, dəfələrlə X5, eləcə əmlak bağışlanmış şəxs Cavabdeh2 izah etsə də, onlar həmin əmlakı qaytarmaqdan imtina etdiklərini bildirmişlər. Qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlamağına baxmayaraq, tərəflər arasında müvafiq hüquq münasibəti yaranmamış, müqavilə imzalanarkən müqavilədə müəyyənləşdirilmiş məbləğ cavabde tərəfindən ona verilməmiş, beləliklə də, qanunvericinin alqı-satqı müqaviləsi üçün nəzərdə tutduğu əsas şərt reallaşmamışdır. Başqa sözlə, onlar əslində başqa əqdi pərdələmək məqsədi ilə yalan əqd bağlamışlar. Mülki Məcəllənin 240.2-ci maddəsinə əsasən isə, yalan əqd əhəmiyyətsizdir. Odur ki, hesab edir ki, onunla Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (4 saylı ofis) dair bağlanmış xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Eləcə də, həmin qeyri-yaşayış sahəsinə (4 saylı ofis) dair bağlanmış xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız olduğundan, həmin əmlaka dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsi və bununla bağlı Cavabdeh2 adına verilmiş çıxarış da etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı X8 nümayəndəsi və vəkili X18 iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək onun əsassız olduğu üçün təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək göstərdi ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona məxsus olmuş yuxarıda göstərilən ünvanda yerləşən qeyri-yaşayış sahəsini (4 saylı ofis) Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2014-cü il tarixli, AN-İ N ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh1 satdığın etiraf etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi bu faktı sübut etmə vəzifəsindən azad edir. Hesab edir ki, hazırkı iddiaya etirazının əsası kimi istinad etdiyi fakt, yəni qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən Cavabdeh1 satılması onun özünün iddia ərizəsində etiraf olunduğundan, cavabdeh bu faktı sübut etmə vəzifəsindən azaddır. İddiaçı iddia ərizəsində ona məxsus əmlakı Cavabdeh1 satdığını etiraf etdikdən sonra iddia ərizəsində qohumu X7 istintaqa cəlb edilməsindən, onun barəsində ittiham hökmünün çıxarılmasından, sonradan həmin şəxsin cəzaçəkmə müəssisəsindən azad edilməsindən və onunla hansısa girovun qoyulub qoyulmamasından söhbət etdiyindən bəhs edərək göstərmişdir ki, guya Cavabdeh1 ona hansısa xüsusatları etiraf etmiş və guya Cavabdeh1 hansısa hərəkətləri cavabdehin valideynləri olan anası Svetlana Mustafayevanın və mərhum atası Ağamikayıl İsmayılovun təkidləri ilə etdiyini qeyd etmişdir. Hesab edir ki, iddia ərizəsinin məzmununda göstərilən bu hallar cəfəngiyyatdır və iddiaçının məntiqsiz, mənasız düşüncələridir. İddiaçının heç bir hüquqi fakta əsaslanmayan iddiasının hüquqi əsası kimi istinad etdiyi maddi hüquq normalarının hazırkı mübahisə ilə bu və ya digər əlaqəsi yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikasının MM-nin 340.2-ci maddəsinə istinadən Cavabdeh1la onun arasında bağlanmış alqı satqı müqaviləsinin yalan əqd olduğunu iddia etmişdir. Lakin iddiaçının özü iddia ərizəsinin məzmununda etiraf edərək göstərmişdir ki, o özü xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır. Əgər iddiaçının qohumu olan Abdulla Abdullayevə bankdan kredit götürmək və bu kreditə görə təminat qoyulması lazım idisə, iddiaçının adına olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmasına zərurət yox idi. Bunun üçün o, A.Abdullayevin bankdan götürdüyü krediti öz xüsusi mülkiyyətində olmuş qeyriyaşayış sahəsini ipoteka müqaviləsi ilə A.Abdullayevin bankdan götürdüyü kreditinə görə yüklü edə bilərdi. Bunun üçün əmlakını Cavabdeh1 satmasına hər hansı bir ehtiyac olmamışdır. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1la arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini xx xxxx 2020-ci il tarixli iddia ərizəsi üzrə iddia etməsi ilə bu cür tələblər üçün Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilən kəsici müddəti ötürdükdən sonra irəli sürmüşdür. Azərbaycan Respublikası MM-nin 354-cü maddəsini tələbinə görə əqdin etibarsız sayılması tələbinə dair iddia onun icrasına başladığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Republikasının Konstitusiya Məhkəməsi “B.Mürsəlovun şikayəti üzrə xx xxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib verilməməsi qanunun həmin normasını mübahisəyə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Daha sonra Konstitusiya məhkəməsi sözügedən qərarında göstərmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı Konstitusiya Məhkəməsi daha sonra qeyd olunan qərarında göstərmişdir ki, qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxanda sadalanan xüsusatlara, eləcə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olmaqla yanaşı iddia bu cür tələblər üçün qanunla müəyyən edilən kəsici müddət keçdikdən sonra irəli sürülmüşdür ki, bu da iddianın rəddi üçün şərtsiz əsasdır. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili iddia tələblərinin əsassız olduğunu bildirərək göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair əməliyyatlar 9 saylı Notariat Kontorunda qanuni şəkildə aparılıb və göstərilən qeyri-yaşayış sahəsini alan şəxsə bank vasitəsi ilə pul köçürülmüşdür. İddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1, 12 saylı notariat kontorunun və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə, Cavabdeh1, 12 saylı notariat kontorunun və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* nömrəli xx xxxxx 2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 5-ci mərtəbəsindəki 148,5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (4 saylı ofis) Cavabdeh1un mülkiyyətinə vermişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində 148.5 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi (4 saylı ofis) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, 148500 manat məbləğində pul notariat kontorunun depozitinə Cavabdeh1 tərəfindən köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş xx xxxxx 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsini (4 saylı ofis) Cavabdeh2 hədiyyə etmişdir. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (AR Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbininin əsası kimi, Cavabdeh1la bağladığı alqı-satqı müqaviləsinin Mülki Məcəllənin 340.2-ci maddəsi ilə əhəmiyyətsiz əqdlərə aid edilən yalan əqd, yəni başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafıq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafıq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifıni verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə hesab edir ki, qanunvericiliklə borc müqaviləsi və öhdəliklərin icrasının təmin edilməsi üçün girov müqaviləsi kimi müqavilələrin bağlanması hüququnun olduğu halda, qohumunun götürəcəyi borcun təminatı olaraq İddiaçı Cavabdeh1la daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanması ilə bağlı gətirdiyi dəlillər qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Ə.Ə.İbrahimovun şikayəti üzrə” xx xxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Məhkəmə iciasında sübutların tədqiqi ilə müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (4 saylı ofis) xüsusi mülkiyyət hüququ ilə X9məxsus olmuş, sonuncu qeyd olunan daşınmaz əmlakı Cavabdeh1 148500 manata satmışdır. Müqavilədə göstərilən məbləğdə pul vəsaiti Cavabdeh1 tərəfindən Bakı şəhəri 9 saylı notariat kontorunun xxxxxxxxxxxxxx ASC-nin Kapital filialında olan depozit hesabına köçürülmüşdür. Bundan sonra qeyd olunan müqailə əsasında Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinə (4 saylı ofis) dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında həmçinin sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, X14 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (4 saylı ofis) Bakı şəhəri 9 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlanarkən fəaliyyət qabiliyyətli olmuş, eləcə də, müəyyən olundu ki, daşınmaz əmlakın satılması X1 iradə ifadəsi nəticəsində olmuşdur. İddiaçı yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, İddiaçı Cavabdeh1la digər əqd bağlamasını sübut etməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilmiş və müqavilənin bağlanması ilə İddiaçı hüquqları və qanunla qorunan mənafeyi pozulmamışdır. Ona görə də, iddia tələbi alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qeyd olunan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsinin və bununla bağlı Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə iclasında iddiaçı yixarıda qeyd edilən bağışlama müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etməklə bü cür tələblər üçün mülki qanunvericiliklə müəyyənləşdirilən kəsici müddəti ötürmüşdür. Belə ki, qanunverici əqdlərin bağlanması zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin və bununla da maraqlı şəxlərdən hər hansı birinin hüquq və qanuni mənafelərinin pozulmasının mümkünlüyü halını istisna etməyərək onların etibarsız sayılması üçün nəzərdə tutulmuş müddət çərçivəsində mübahisələndirilməsini də müəyyənləşdirmişdir. Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Republikasının Konstitusiya Məhkəməsi “B.Mürsəlovun şikayəti üzrə” xx xxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib verilməməsi qanunun həmin normasını mübahisəyə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı Konstitusiya Məhkəməsi daha sonra qeyd olunan qərarında göstərmişdir ki, qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri əsassızdır və yuxarıda şərh olunanlara əsasən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X8 maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notoriat Kontoru və Bakı şəhəri 12 saylı Notoriat Kontoruna qarşı alqı-satqı və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar