Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1067/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi və Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi cəlb edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi və Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi cəlb edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 25.02.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, mərhum bacısı X5 25 fevral 2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Bacısı ailəsi olmamışdır. Həmin vaxt X10 çağırsalar da, həkimlər gələndə artıq bacısı keçinmişdir. Bacısının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbədən bacısının ölümü haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. Belə ki, həmin şöbədən ölüm haqqında tibbi arayış olmadığından faktla bağlı məhkəməyə müraciət etməyini məsləhət görülmüşlər. ünvan 1 ünvanındakı fərdi yaşayış evi mərhum bacısı X1 adına rəsmiləşdirilmişdir. O, həmin evə daşınmaz əmlak üzrə reyestrindən çıxarışı almaq üçün notariusa müraciət etmiş, lakin ona bacısının ölüm haqqında şəhadətnaməsini təqdim etməli olduğunu bildirmişlər. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinin və Bakı şəhəri Maraqlı şəxs nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran şəhər İcraiyyə Komitəsinin VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı, 408197 nömrəli, 06 sentyabr 1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayonu Liman şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 151940 nömrəli, 04 dekabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.02.1956-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan X8 X4 25.02.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 25.02.2021-ci il tarixdə xəstə X2 X10 üçün çağırış qəbul olunmuş ünvan 1 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi qadın olan meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 04 mart 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 06.02.1956-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X1 25.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 06.02.1956-cı il təvəllüdlü bacısı X1 25.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 06.02.1956-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X1 25.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.02.1956-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X1 25.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1067/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1067/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver