Məhkəmə qərarları › İş №2(009)-1121/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1121/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1121/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2, Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs2, Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü mərhum atası X6 adına xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və qəbul edilmiş qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasının qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, mərhum X8 onun atası idi. O, xx.xx.1942-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum atası evdə olan zaman xx.xx.2024-cü il tarixdə yolda halı pisləşmiş və Gömrük hospitalına aparsalar da yolda vəfat etmişdir. O, ölən vaxta kimi təcili tibbi yardımın ona verilmiş tibbi sənəddə ölümünün səbəbi göstərilməmişdir. Lakin onlar bilir ki, atasının ürəyi ilə əlaqədar problemi var idi və ürəyi ilə əlaqədar uzun zaman müalicələr alınıb. Yuxarıda qeyd olunanlara əsasən mərhum atası X6 adına xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmirlər. Atamın ölümünün səbəbi barədə rəsmi sənəd əldə etməmişdilər. Maraqlı şəxs2nə ərizə ilə müraciət edərək xx.xx.1942-ci il təvəllüdlü mərhum atası X6 adına xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, ona məktubla imtina verilmişdir. Ona görə də xx.xx.1942-cu il təvəllüdlü mərhum atası X6 adına xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmir. Bundan başqa atasının ölməsi və Nardaran qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda xx.xx.1942-ci il təvəllüdlü mərhum atası X6 ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X17 Bakı Baş Səhiyyə X13 Şəxs 5 №-li Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1942-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, X8 xx.xx.2024-cü il tarixdə saat 16:07 dəqiqədə K.Kazımzadə küç. Gömrük hospitalın qarşısında rəhmətə getmişdir. X3 rəhmətə getdiyinə görə Forma № 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-522/2024 nömrəli məktubdan görünür ki, X6 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə əlaqədar, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan X11 X5 BŞT TTYS 8 saylı bölməsinin xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 16:07 dəqiqədə K.Kazımzadə küç. Gömrük hospitalı ünvanında həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması, QMİ-nin Sabunçu və Pirallahı üzrə qazısı X7 tərəfindən verilmiş sənəddən görünür ki, X8 xx.xx.1942-ci ildə Bakıda anadan olub. 13.03.24 tarixində vəfat edib və 14.03.24 tarixində Nardaran qəbirstanlığında dəfn edilib. Qəbri Nardaranda mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Canaridzevskiy rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1964539 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 19 dekabr 1942-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X2, ata qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X1, ata qrafasında X8 qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X6 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1942-ci il təvəllüdlü atası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1942-ci ildə Bakı şəhərində anadan olmuş X6 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olar. Çünki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci ildə Bakı şəhərində anadan olmuş X6 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X6 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar