Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1133/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qeyd edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1933-cü il təvəllüdlü həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1961-ci il tarixdə xx.xx.1933-cü il təvəllüdlü X2 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında, yaşadıqları mənzildə vəfat etmişdir. Bununla bağlı Təcili və X3 Stansiyası tərəfindən Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Sonradan ölüm haqqında şəhadətnamə alınması məqsədilə tərəfindən qeydiyyatda olduğu ünvan üzrə ünvan 2amənin verilməsi üçün müraciət olunmuş, poliklinikanın cavab məktubunda mərhumun həmin müəssisədə ambulator qeydiyyatda olmaması, keçirdiyi xəstəliklərlə yanaşı ölümə səbəb olan diaqnoz məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, Bakı şəhəri Qeydiyyat Şöbəsinə müraciətinə cavab olaraq bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması məqsədilə xx.xx.1933-cü il təvəllüdlü X1 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək, xx.xx.1933-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, anası X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O 3 ilə yaxın zamandır ki, xəstədir. Əvvəl təzyiqdən əziyyət çəkib, sonradan isə parkinson xəstəliyinə tutulub. Ürək həkimi olduğu üçün anası ilə özü maraqlanıb. Bu səbəbdən poliklinikaya getməyə ehtiyac olmayıb. Yıxıldığı üçün xəstəliyi biraz da irəliləmişdir. Anasının həkimləri iş yoldaşları olduğu üçün hamısı evə gəlib, evdə müayinə edirdilər. Həmçinin baxıcısı da var idi. Anası vəfat edən zaman atası, baxıcısı və xaricdə yaşayan qardaşı evdə olublar. Ona məlumat verilən kimi o da gəlmişdir. Təcili tibbi yardım gələndə isə gec idi, artıq anası vəfat etmişdi. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, anası 3 ilə yaxın zamandır ki, xəstədir. O yaddaşını itirmişdi, hamını bir-biri ilə qarışdırırdı. Ayrı yaşasalar da ən azı həftədə bir dəfə valideynlərini görməyə gedirdi. O işdə olan vaxt, günorta ona zəng edərək anasının vəziyyətinin pis olduğunu bildirmişlər. O avtomobilə əyləşərək evə gəlmişdir. İş ilə ev arasında təxmini 15-20 dəqiqəlik məsafə var. Vəfat edən zaman atası, qardaşı, bacısı orada olmuşdur. X8 yardım da gəlmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 00551909 nömrəli şəxsiyyət vəsiqəsindən surətindən görünür ki, X2 xx.xx.1933-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. İş materiallarında olan 10 mart 2022-ci il tarixli, 011393 nömrəli məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:49-da “103” xidmətinə Səbail rayonu, Nizami küçəsi 80/84, mənzil 6 ünvanından 88 yaşlı X1 adına çağırış daxil olmuş və çağırışı 3 saylı bölmənin həkimi Şükürlü V. icra edərək, ünvanda “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoymuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı qeyd edir ki, ərizəçi mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin həyat yoldaşı X1 adına xx.xx.2019-cu il tarixdə saat 13:49-da “103” xidmətinə çağırış olmuş, həkimlər gələnə kimi X2 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 18 avqust 1933-cü il təvəllüdlü X1 10 mart 2022-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 avqust 1933-cü il təvəllüdlü X1 10 mart 2022-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1133/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1133/2022
28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver