Məhkəmə qərarları › İş №2(009)-1147/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1147/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1147/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum atası Cəfərov Mir-Cəlil Calal oğlu 22 sentyabr 1959-cu il tarxidə Gəncə şəhərində anadamn olmuşdur. Atası xx.xx.2024-cü ildə kəskin ürək-damar çatışmamazlıqdan vəziyyəti pisləşmiş, həmin vaxt Təcili-Tibbi Yardım çağırılsa da, həkilər gələnə kimi artıq vəfat etmişdir. Mərhumun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbədən atasının ölümü haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. Həmin şöbədə ölüm haqqında tibbi arayış olmadığından faktla bağlı məhkəməyə müraciət etməyin tövsiyyə edilmişdir.Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi atası Cəfərov Mir-Cəlil Calal oğlunun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, atasının ölüm kağızı ona qeydiyyatda olan ünvandan çıxarılması üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacanağıdır və qapı bir qonşudurlar. xx.xx.2024-cü il tarixdə səhər Cəlal zəng edərək atasının səhhətinin pisləşməsini bildirmiş, təcili yardıma zəng etmişlər, atasını təcili yardım maşını ilə “Semaşko” xəstəxanasına aparmışlar, bir müddətdən sonar Cəlal bildirmişdir ki, atası rəhmətə getmişdir. O, xəstəxanaya getmiş, sonra Cəlalın atasını dəfn etmişlər, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Təsdiq edir ki, Cəlalın Mir-Cəlil adlı atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir, o, həm dəfn mərasimində, həm də yas mərasimində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X2 xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. İş üzrə “X6” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cəfərov Mir- Cəlil Calal oğlu xx.xx.2024-cü il tarixdə kəskin ürək damar çatışmamazlığı səbəbindən xx.xx.2024cü il tarixdə vəfat etmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ona Cəfərov Mir-Cəlil Calal oğlunun ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina edilmiş, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə 33 No-li Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-1-28/2-C-10xx-xx/2024 saylı arayışından görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş, ünvan 3 ünvanında yaşamış xx.xx.1959-cu il təvəllüdlü Cəfərov Mir-Cəlil Calal oğlu poliklinikaya xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə atası Cəfərov Mir- Cəlil Calal oğlunun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə onun qeydiyyatda olduğu ünvandan çıxarılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışla müəyyən edilmişdir ki, ərizəçinin atası Cəfərov Mir- Cəlil Calal oğlu xx.xx.2024-cü il tarixdə kəskin ürək damar çatışmamazlığı diaqnozu ilə “X7” PHŞna yerləşdirilmiş və həmin tarixdə xəstəliyi səbəbindən vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Cəfərov Mir-Cəlil Calal oğlunun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü Cəfərov Mir-Cəlil Calal oğlunun xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Cəfərov Mir-Cəlil Calal oğlunun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar