Məhkəmə qərarları › İş №2(009)-1158/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1158/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1158/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 20 mart 2025-ci il tarixdə tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşamış valideyni X6 20 mart 2025-ci il tarixdə vəfat etmişdir. Onun ölümü haqqında şəhadətnaməni almamışdır. Qeyd edir ki, Təcili və X7 Mərkəzinin əməkdaşları hadisə yerinə gəlsələr də, bu günədək müxtəlif bəhanələrlə müvafiq tibbi sənədi verməkdən imtina etmişlər. Bununla bağlı 34 nömrəli şəhər poliklinikasında xx.xx.2025-ci il tarixdə arayış almışdır. Maraqlı şəxs ölüm haqqında şahədatnamənin verilməsindən imtina etmişdir. Valideyninin vəfat etməsi faktını şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, ərizəçi uşaqlıq dostudur. Bayram ərəfəsi idi, yığışırdılar, məhəlləyə gələndə ərizəçi onları evə çağırmış, qalxıb evə girəndə məlum olmuşdur ki, atasının vəziyyəti ağırdır. Bir neçə dəfə 103 xidmətinə zəng etmişlər. Bir saata gəlmişlər, gələndə də bildirmişlər ki, artıq vəfat edib, 20 mart 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ərizəçi dostudur. Ərizəçi ilə Şamil və o, bayram ərəəfəsində 20 mart 2025-ci il tarixdə görüşməli idilər, ərizəçini məhəllədə gözləyirdilər, bu zaman onlara zəng etmiş, onları çağırmış, yuxarı qalxanda vəziyyətinin ağır olmasını görmüşlər. Təcili yardım əməkdaşları gələnə kimi ərizəçinin atası dünyasını dəyişmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus AZE 08086350 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 34 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3 nömrəli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində vətəndaş X4 (mərhumun həyat yoldaşı) sözlərinə görə, R. İsgəndərov küçəsi ev 2 mənzil 27 yaşayan xx.xx.1959-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində 14:00-15:00 saat aralığında vəfat edib. Vəfat etmiş şəxsin 34 nömrəli Şəhər Poliklinikasına şəkərli diabet xəstəliklə əlaqədar müraciət edib, lakin təcili tibbi yardım stansiyası tərəfindən ölüm şəhadətnaməsi faktı olmadığına və ölüm səbəbi bilinmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 №li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 №li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Hacıqabul rayonu Qarasu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Qarasu kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 144 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 157/25 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş, həmin günədək ünvan 2 ünvanında yaşamış və qeydiyyatda olmuşdur. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7/15/312 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin “2 saylı TTYS”-in həkimi Qarayevin məlumatına dair arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində 2 saylı TTYS-dən həkim Qarayev Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgənərov 2, mənzil 27/28-də yaşayan xx.xx.1959-cu il təvəllüdlü X6 qeyd olunan ünvanda ağır diabet xəstəliyindən həkimə qədər vəfat etməsini bildirmişdir. Məlumatla əlaqədar mərhumun oğlu Ərizəçi tərəfimdən PB-nə ərizə verməsi üçün dəvət edilmiş o, atasının xəstəliklə əlaqədar öz əcəli ilə vəfat etməsini qeyd edərək şikayəttələbinin olmamasını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. X5 Ərizəçi atası olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə atasının ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan Hacıqabul rayonu Qarasu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Qarasu kənd qəbiristanlığında dəfn olunmuşdur. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 144 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 157/25 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş, həmin günədək ünvan 2 ünvanında yaşamış və qeydiyyatda olmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara, o cümlədən şahid ifadələrinə və digər sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci ildə Bakı şəhərində ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü atası X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar