Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1159/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi M.Ş.Həsənxanlının iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhum X1 anası X8 ilə birgə nikahda olublar. O, xx.xx.1990-cı ildə anadan olmuşdur, ondan sonra bacısı 04 noyabr 1993-cü ildə bacısı X6 anadan olub, bacısı bir neçə gündən sonra, yəni 10 dekabr 1993-cü ildə vəfat edib. Lakin həmin bacısı doğum haqqında heç bir sənəd alınmamışdır, lakin həmin bacısının adı sistemdə qeyd olunub. 31 avqust 1999-cu ildə isə anası X8 beyin şişi tənəffüz yollarının iflici diaqnozu ilə vəfat etmişdir. Sonra atası ikinci dəfə ailə həyatı qurmuşdur. X1 xx.xx.2025-ci ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra atasına məxsus maşın və ev qalmışdır. 1993-cü ildə ölən bacısı X2 ölümü haqqında heç bir sənəd olmadığından, vərəsə kimi maşını və evi adlarına keçirə bilmirlər. Beləki, həmin şöbədən ölüm haqqında arxiv məlumatları qeydiyyat şöbəsində 1990-1996-cı illərə dair ilkin 1994-2004-cü illərə dair isə bərpa akt qeydi üzrə yoxlanılmışdır. Faktla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq bacısı X2 10 dekabr 1993-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin etibarnamə əsasında nümayəndəsi X9 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əorizəçi həmçinin göstərmişdir ki, 3 ay əvvəl atası öldükdən sonra atasından qalan miras əmlaka vərəsəlik haqqında şəhadətnamə alınması ilə bağlı notariat ofisinə müraciət edilərkən onlara bildirmişlər ki, vərəsələrdən biri 1993-cü ildə vəfat etmiş bacısı Aynurdur. Bacısının ölümü barədə qeydiyyat olmadığı üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçininin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, Turalın mərhum əmisi Şirxanın həyat yoldaşı olmuşdur. 1987-ci ildən həmin ailəyə gəlin gəlmişdir, Şirzad sonda evlənmişdir və onun 2 uşağı olmuş, Aynur adlı uşağı da doğulandan 2 ay yaşamamış 1993cü ilin dekabrın 10-da rəhmətə getmişdir. Evda yığışaraq yas mərasimi keçirilmişdir, o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, Turalın əmisi Səfərxanın həyat yoldaşıdır. 1990-cı ildə ailə həyatı qurmuşdur. Şirzadın Təranədən olan övladı Aynur xəstə olmuş və çox keçmədən xx.xx.1993-cü ildə vəfat etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 1458 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydlər qeydlərindən çıxarışa əsasən X6 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X4 barədə məlumatlar qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 13 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 246 No ilə qeyd edilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X8 göstərilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 barəsində Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunamış, arxiv məlumatları 1990-1996-cı illərə dair ilkin, 1994-2004-cü illərədair isə bərpa akt qeydi üzrə yoxlanılmışdır. İş üzrə Abşeron rayon Digah Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixli arayışından görünür ki, mərhum xx.xx.1993-cü il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə Digar qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bacısı X2 vəfat etməsi ilə bağlı ölümün qeyd edilməsi haqqında akt qeydinin icra edilməsi ilə əlaqədar müvafiq qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanının ona ünvanlandığı cavab məktubunda 1990-1996-cı illərə aid Aynur Həsənova barəsində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydinin icra olunmaması barədə arayış verilmişdir. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyat orqanında ərizəçinin bacısı X2 ölümünü haqqında akt qeydi icra olunmadığından, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə atasında miras qalmış daşınar və daşınmaz əmlakları (mirasın) qəbul edilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin bacısı xx.xx.1993cü il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X2 xx.xx.1993-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1159/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1159/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver