Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1222/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X14 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) «hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) «doğum faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı X4 20.03.1982-ci il tarixdə doğulması və 14.12.1990-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi çoxuşaqlı ana kimi pensiyaya çıxmaq üçün DSMF-yə müracət etmişdir. Lakin ondan X4 doğum şəhadətnaməsi istənilmişdir. Onun mərhum övladı X8 20 mart 1982-ci il tarixdə doğulmuşdur. 14 dekabr 1990-cı il tarixdə isə vəfat etmişdir. Bu faktı təsdiq edən şahidlər də mövcuddur. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, o, 20 mart 1982-ci il tarixdə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuş X6 şəxsən tanıyırdı. X8 14 dekabr 1990-cı il tarixdə vəfat etmiş və onun iştirakı ilə gecə vaxtı Xocavənd rayon Qaradağlı kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxtı döyüşlər getdiyindən mərhumu gündüz yox, gecə vaxtı dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirmişdir ki, o, 20 mart 1982-ci il tarixdə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuş X6 şəxsən tanıyırdı. X8 14 dekabr 1990-cı il tarixdə vəfat etmiş və onun iştirakı ilə Xocavənd rayon Qaradağlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xocavənd rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 nömrəli 21 yanvar 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Xocavənd rayonu, Qaradağlı kənd sakini 20 mart 1982-ci il təvəllüdlü X1 rayon Qaradağlı kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nın 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri X4 20.03.1982-ci il tarixdə anadan olduğu, 14.12.1990-cı il tarixdə vəfat etməsi, atasının X9, anasının isə Ərizəçi olduğu faktı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 20 mart 1982-ci il tarixdə anadan olması və 14 dekabr 1990-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X4 20.03.1982-ci il tarixdə Xocavənd şəhərində anadan olması, atasının X9, anasının isə Ərizəçi olduğunu əks etdirən doğum һaqqında şəһadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1222/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1222/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver