Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1258/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası xx.xx.1938-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, mərhum X7 onun babasıdır. Mərhum babası xx.xx.1938-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində qəflətən ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Hazırda mərhum babası X1 rayonu Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötrü mərhum babasına məxsus ölüm haqqında şəhadətnamənin olmaması zərurəti yaranmışdır. Mərhum babasının vəfat etməsindən sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. Bununla bağlı olaraq, Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurum tərəfindən müraciəti qəbul edilməmiş və bununla bağlı ona müvafiq imtina məktubu ünvanlayaraq rəsmi şəkildə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdirlər. Bunu hazırki ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi müvafiq imtina məktubunun əsli ilə təsdiq edir. Mərhum babası xx.xx.1938-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/1657/572/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 488639 nömrəli, 01 iyun 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 02024455 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1938-ci ildə ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan X8 X2 xx.xx.2023-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə X5 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 3 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 3 nömrəli Şəhər Poliklikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-1-1/2-Z-31- 4/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X3 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 No-li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi mümkün deyil. İşə əlavə edilmiş Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş 01/01- 06/516 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ərizəçinin babası mərhum X1 rayonu Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfn xərci X10 tərəfindən ödənilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 622725 nömrəli, 23 oktyabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 oktyabr 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013 ilin oktyabr ayının 23 günündə 490 No ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVADQ bürosu tərəfindən verilmiş AZB seriyalı, 138982 nömrəli, 22 mart 1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVADQ şöbəsi tərəfindən verilmiş İ-JQ seriyalı, 486331 nömrəli, 22 iyun 1990-cı il tarixli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X6 ilə olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1990-cı ildə iyun ayının 22 günündə 537 No ilə qeyd edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1938-ci il təvəllüdlü babası X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1258/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1258/2023
13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver