Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1291/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri 05 avqust 1978-ci il təvəllüdlü X1 24 mart 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X4 05 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.O, yüksək təzyiq xəstəliyindən əziyyət çəkirdi. 24 mart 2024cü il tarixdə onun vəziyyətinin pisləşməsi ilə bağlı evə X15 çağırış etmiş, TTY Samir Süleymanovu Bakı şəhəri 1 saylı kliniki xstəxinaya yerləşdirdilər. Xəstəxanada S.Süleymanova tibbi yardım olunmasına baxmayaraq, o, həmin tarixdə xəstəxanada vəfat etdi, bununla bağlı xəstəxananın həkimləri tərəfindən akt tərtib olundu. Hüquqi əhəmiyyətli olan sənədləşmə işlərinin aparılması ilə bağlı o, ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsinə müraciət etdikdə qeydiyyat şöbəsi tərəfindən şəhadətnamənin verilməsindən imtina olundu və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının və maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7/15/3Q nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-T seriyalı 054376 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 11 oktyabr 2008-ci ildə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 21 may 2024-cü il tarixli, 3-16-5/8-70-806/24 nömrəli arayışdan görünür ki, X6 xx xxxx 1978-ci ildə Ağdam rayonunda anadan olmuşdur. X3, anası X5. Bu barədə 24 iyun 1978-ci il tarixdə Ağdam rayon qeydiyyat şöbəsində 264 No-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1978-ci ildə Ağdam şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İV 340457 nömrəli, 08 oktyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1985-ci ildə Ağdam şəhərində anadan olmuş, X3, anası X2r. İş materiallarında olan AA3733219 1R3N6DF nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1978-ci ildə anadan olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 “X14” X11 məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 18-1-2/2-3507/2024 saylı cavab məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində saat 22:12-də, X12 müraciət etmişdir. Xəstəyə tibbi yardım göstərilmişdir. xx.xx.2024-cü il tarixində, saat 23.15-də, xəstədə ölüm baş vermişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum həyat yoldaşı X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 24 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 avqust 1978-cı il təvəllüdlü X1 24 mart 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1291/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1291/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver