Məhkəmə qərarları › İş №2(009)-1299/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1299/2020

04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1299/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Ərizəçi – Maraqlı şəxs “faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi – Maraqlı şəxs “faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsməhkəməiclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbibarədəməhkəməyə məlumatverməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, maraqlı şəxsin məhkəmə iclasına gəlməməsi işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azər. Resp. MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi – Maraqlı şəxs “faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar