Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1359/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun qardaşı X2 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Mərhum qardaşı vəfat etdiyi tarixədək ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırdı. Lakin xx.xx.2024-cü il tarixdə Təcili və X4 stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsi üzrə həkimə qədər ölüm faktı qeydə alınmışdır. Onun qardaşı elə həmin gündə, yəni xx.xx.2024-il tarixdə dəfn edilmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə, həmin şöbə tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin, başqa sözlə müvafiq arayışın (Forma 16 arayışının) olmamasını əsas gətirərək tələbini icra etməmişlər və məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Ona görə də bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi mərhum qardaşı xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, rəhmətə gedən onun qardaşıdır. Ölüm faktının müəyyən olunması mərhumun qeydiyyatdan çıxarılması üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəqarmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisi oğludur. Təsdiq edir ki, həqiqətən ərizəçinin mərhum qardaşı Zülfüqar xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalası oğludur. Təsdiq edir ki, həqiqətən ərizəçinin mərhum qardaşı Zülfüqar xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir və Dağüstü qəbirstanlığında dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X2 xx.xx.1973-cü ildə anadan olmuşdur. İş üzrə Təcili və X4 Stansiyasının 8 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə saat 06:34-də ünvan 3 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X8 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2024-cü il tarixdə 8 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Eldar Ağayev 22, mən 4 ünvanında yaşamış xx.xx.1973-cü il təvəllüdlü X2 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ona X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 (xx.xx.1973-xx.xx.2024) Bakı şəhəri X9 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 4-cü sektorunda dənf olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X2 xx.xx.1973 – xx.xx.2024” yazılar qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi qardaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə qardaşı X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə qardaşının qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X1 adına xx.xx.2024-cü il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi Z.Ələkbərov vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1359/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1359/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver