Məhkəmə qərarları › İş №2(009)-1367/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1367/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1367/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri Maraqlı şəxs və Səbail Rayon Qeydiyyat şöbəsi qeyd edilməklə) “övladlığa götürmənin ləğv edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri Maraqlı şəxs və Səbail Rayon Qeydiyyat şöbəsi qeyd edilməklə) “övladlığa götürmənin ləğv edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2004-cü il təvəllüdlü Aygül Niftəliyevanın və xx.xx.2006cı il təvəllüdlü Natiq Nifəliyevin övladlığa götürülməsinin ləğv olunmasına dair qətanmə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Ərizəçi ərizəsində “övladlığa götürmənin ləğv edilməsi”ni xahiş etsə də, qeyd edilən tələb üzrə işlərə iddia icraat qaydasında baxılmasını və iddia ərizəsinin iddiaçı tərəfindən qaldırılmaqla cavabdehin iştirakı ilə baxılmasını nəzərə almadan ərizəsini ərizə şəklində tərtib etməklə, tərəfləri ərizəçi və maraqlı şəxs kimi qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 351-ci maddəsinə əsasən, uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi tərəfindən verilmiş ərizə qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri Maraqlı şəxs və Səbail Rayon Qeydiyyat şöbəsi qeyd edilməklə) “övladlığa götürmənin ləğv edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar