Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1381/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı «miras əmlakdakı payların paya birləşdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə 29 sentyabr 2023-cü il tarixdə Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı «miras əmlakdakı payların paya birləşdirilməsi» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evindən cavabdehlərin paylarının onun payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 7-ci Moqamayev döngəsindəki 4 nömrəli yaşayış evi əvvəl X2 məxsus olmuşdur. 1956-cı ildə onun ölümündən sonra yuxarıda göstərilən ünvandakı mülkə vərəsəlik açılmış və xx.xx.1998ci ildə 147 No reystr kitabında 4875-ci səhifədə 30 nömrə 27165 qeydiyyatı aparılmışdır. Həmin qeydiyyata əsasən yuxarıda göstərilən ünvandakı mülkə vərəsəlik qaydasında sorğuya əlavə etdiyi 180463 nömrəli MH seriyalı qeydiyyat vəsiqəsində adları göstərilən şəxslərin payları öz əksini tapmışdır. Hazırda həmin payçılardan biri olan İddiaçı həmin şəxslərə qarşı məhkəmə mübahisəsi açmaq üçün sübutlar toplayır. İddiaçı uzun illərdən bəri yuxarıda göstərilən ünvandakı mülkdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mülkdə atası mülkün sahibi X1 ölümündən sonra həmin ünvanda qeydiyyatda olmaqla yaşamaqda davam etmiş, onun ölümüdən sonra isə o, mirası faktiki olaraq qəbul etmiş və həm də qanunda nəzərdə tutulan formada vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır, sonra isə atasının payını öz adına DƏDRX -də qeydiyyata alınmaqla reystrdən çıxarış almışdır. Yuxarıda adları sadalanan cavabdehlərin vərəsələrin adları payları göstərilməklə qeydiyyat vəsiqəsində göstərilmələrinə baxmayaraq aradan uzun müddət keçsə də hazırki mülkdən öz paylarını istəməmişlər, onların vərəsələrinin olub-olmadığı barədə məlumatım yoxdur. İddiaçı xx.xx.2023 cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət edərək qeydiyyat vəsiqəsində adları sadalanan və onun cavabdeh kimi cəlb etdiyi şəxslərin hər hansı birinin vərəsələrinin hansısa notariat ofisinə vərəsəlik işi ilə bağlı müraciətinin olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Onun sorğusuna xx.xx.2023 cü il tarixdə 3-16-5/6-14-1827/23 saylı məktubla verilmiş cavabda Cavabdeh7 (Hökümə) Kərbalayı Mustafa qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zeynalova Mələk xanım Məmmədhəsən qızının hər hansı bir vərəsəsinin mirasla bağlı müraciətinin olmaması, digərlərinin isə 7 şiələrində məlumatı verməyin mümkün olmaması bildirilir. Göründüyü kimi 1998-ci ildə onun adına yuxarıda göstərilən mirasdan payın müəyyən edilməsi vardır və o, qanunda nəzərdə tutulan formada mirasdan payını qəbul etmişəm. Həmin evdə yaşayır və bütövlükdə bütün mülk üçün müxtəlif ödəmələri həyata keçirir. Digər vərəsələr isə paylarını nə qanuni yolla, nə vəsiyyətnamə əsasında, nə də faktiki yolla qəbul etdikləri barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MH Seriyalı 180463 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evi İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Əliyeva X8, Cavabdeh3, Zeynalova X6 və Cavabdeh5 paylı mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. 144 nömrəli vərəsəlik işinin surətindən görünür ki, X10 vəfatından sonra onun vərəsəsi oğlu X7r. AR Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, Əliyeva X11 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Zeynalova X6 və Cavabdeh5 barəsində hər hansı məlumat aşkar olunmamışdır. AR Ədliyyə Nazirliyi ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Əliyeva X8, Cavabdeh3, Zeynalova X6 və Cavabdeh5 adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bununla yanaşı vərəsəlik institutu miras qoyanın öz əmlakının vərəsə olmayan şəxsə keçməsinə dair etdiyi iradə ifadəsi (vəsiyyətnamə) zamanı onun yaxın qohumlarının mənafeylərini də qoruyur. Miras qoyanın ölmündən sonra vərəsələrinin əldə edə biləcək əmlak və digər maddi neymətlər hüququndan tam məhrum edilməsinin (ləyaqətsiz vərəsə) konkret şərtləri qanunda göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1134.2-ci maddəsinə görə, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X13 04 avquust 1956-cı il tarixdə vəfat etdikdən sonra oğlu X12 Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evini dörddə bir hissədə vərəsəlik qaydada qəbul etmişdir. Əmlakın qalan hissəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Əliyeva X8, Cavabdeh3, Zeynalova X6 və Cavabdeh5 adına müvafiq olaraq dörddə bir hissələrdə paylı mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İddiaçı atası X5 vəfatından sonra mirası faktiki olaraq, Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evini dörddə bir hissədə vərəsəlik qaydasında qəbul etmişdir. İş materialları və məhkəmə tərəfindən verilmiş sorğularla müəyyən olunmuşdur ki, sözügedən əmlakın digər payçı vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı məlumat aşkar edilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul edərək, hazırki vaxta kimi miras əmlakı idarə etməkdədir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlər hazırki vaxta kimi əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusunu ifadə etmədiklərindən onların payları iddiaçının payına əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evinin payçıları Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 payları İddiaçı həmin əmlakda olan payına birləşdirilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1381/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1381/2023
29.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver