Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1383/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun qızı xx.xx.2015-ci il təvəllüdlü X8 onurğa əzələlərinin atrofiyasından əziyyət çəkməsi səbəbindən xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 vəfat etdikdən sonra onu Şirvan şəhərində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hal-hazırda onun qəbri Şirvan şəhərində yerləşən qəbirstanlıqda yerləşir. Ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal-hazırda qızının qeydiyyatda olduğu ünvanda yerləşən ünvan 1maq niyyətindədirlər, lakin mərhum qızının hələ də orada qeydiyyatda olması alqısatqıya əngəl yaradır. L.M.Xəlilovanın oradan qeydiyyatdan çıxarılması üçün isə qızının ölüm faktının müəyyən edilməsi lazımdır. X1 vəfatından sonra ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bu səbəbdən ölüm haqqında şəhadətnamənin alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur. Səbail rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə Şirvan şəhəri, İsmət Qayıbov küçəsi, ev 46-da vəfat etməsi ilə bağlı ölüm faktının tanınması və onun adına ölüm şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasını Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki,uşaq anadan olandan onurğa əzələlərinin atrofiyası kimi xəstəlik olmuş, Türkiyəyə bununla əlaqədar getmişlər, orada uşağın 5-6 ay yaşayacağını demişlər. Uşaq Şirvan şəhərində evdə vəfat etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin anasıdır. Uşaq xəstə doğulmuşdur, müalicələr effekt verməmişdir, 2015-ci ilin 14 noyabrında Şirvan şəhərində onun qucağında vəfat etmişdir və Şirvan şəhərində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalası qızıdır. Uşaq xəstə doğulmuşdur. O, təsdiq edir ki, 2015-ci ilin 14 noyabrında Şirvan şəhərində Nigargildə olarkən onun uşağı vəfat etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən X8 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası Ərizəçidır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən X8 Bakı şəhəri, Nizami rayonu, B.Çoban-zadə küçəsində yerləşən 33 saylı evin 2 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə “Samir-97” firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Bakı şəhər sakini Ərizəçi X3 2015-ci ilin aprelin 19-da anadan olub və 2015-ci il noyabrın 14-də Şirvan şəhər qəbiristanlığında dəfn edilib. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi qızının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumu qeydiyyatdan çıxarmaq üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin qızı xx.xx.2015-ci il təvəllüdlü X8 onurğa əzələlərinin atrofiyasından əziyyət çəkmiş, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 xx.xx.2015-ci ildə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1383/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1383/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver