Məhkəmə qərarları › İş №2(009)-1390/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1390/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1390/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək 01.07.1943-cü il təvəllüdlü həyat yoldaşı X2 3 fevral 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 1 ünvanında passport qeydiyyatında olmaqla, daimi yaşayır. 01.07.1943-cü il təvəllüdlü həyat yoldaşı X7 3 fevral 2021-ci il tarixində vəfat etmiş və ölüm səbəbi yüksək təzyiqlə əlaqədar beyinə qan sızma olaraq bilinir. Mərhum arvadının vəfatından sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhadətnamənin vacibliyini bildirmiş və şəhadətnaməni başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Ərizəçi dəqiqləşdirmə ərizəsi verərək iddia tələbindəki mətndə “mərhum arvadım” sözlərinin “mərhum anam” sözləri olaraq qəbul edilməsini qeyd etmiş və 01.07.1943-cü il təvəllüdlü anası X2 10 mart 2019-cu il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, Tağıyeva Solmaz onun əmisinin yoldaşıdır. Ürəyində olan problemdən əziyyət çəkirdi. 2019-cu ilin mart ayında ürəyində tromb olduğuna görə dünyasını dəyişmişdir. O oraya gəlib çatdıqda Tağıyeva Solmaz artıq keçinmişdi və təcili tibbi yardım o gələnə qədər artıq gəlib getmişdi. Məhkəmə iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, mərhumə Tağıyeva Solmazın oğludur. Şəkər xəstəliyindən əziyyət çəkirdi, başından əməliyyat olunmuşdu, ürəyində stend var idi, dalağ tutulmaları olurdu. Atası və balaca qardaşı ilə birgə yaşayırdı. Ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etsələr də onlar imtina cavabını almışlar. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan P1211134 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X7 01.07.1943-cü il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli, 96 nömrəli məlumatdan görünür ki, 10.03.2019-cu il tarixdə saat 08:15-də “103” xidmətinə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ünvanından Solmaz Tağıyevin adına çağırış daxil olmuş və çağırışı 19 saylı bölmənin həkimi Şirzad Məmədov icra edərək, ünvanda X4 “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoymuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı qeyd edir ki, ərizəçi mərhum anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X2 adına 10.03.2019-cu il tarixdə saat 08:15-də “103” xidmətinə çağırış olmuş, həkimlər gələnə kimi X7 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 01 iyul 1943-cü il təvəllüdlü X2 10 mart 2019-cu ildə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1943-cü il təvəllüdlü X2 10 mart 2019-cu ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar