Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1402/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştiraklarıı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə icarədarı olduğu ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaqla mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 943 saylı 26.10.2000-ci il tarixli sərəncamına əsasən fədi ev tikintisi üçün Səbail rayonu Bibiheybət döngəsində X1 adına ayrılmış torpaq sahəsi onun adına sənədləşdirilmişdir. O, 2000-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 2-ci Bibiheybət döngəsi 22 ünvanında 4 otaqdan ibarət mənzil tikdirmişdir. Təxminən 6 ilə yaxındır ki, həmin yeri dondurma sexi kimi işlətmişdir. Lakin sonra maddi vəziyyəti ilə əlaqədar sexin fəaliyyətini dayandırmışdır. Təxminən 2 il 6 ay olar ki, Beylaqan rayonunda məskunlaşmış məcburi köçkün Cavabdeh Caman oğlu qeyri-qanuni olaraq ona məxsus evin qapısını sındıraraq daxil olmuş və ailə üzvləri ilə birlikdə zəbt edərək orada yaşayır. Mübahisəli mənzil ona məxsus olsa da, mənzildə yaşaya bilmir. Cavabdehə ailə üzvləri ilə birlikdə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdeh mənzili zəbt edərək məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdeh onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırır. O, qanuni əsaslarla ona verilmiş mənzildən istifadə edə bilmir. Cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması barədə Səbail rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etsə də, onun bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, o, Füzuli rayonundan məcburi köçkündür və məcburi köçkün kimi Füzuli rayonunda qeydiyyata alınmışdır. O, 16 ildir Bakıya gəlmiş və burada müxtəlif ünvanlarda kirayədə qalmışdır. Sonuncu dəfə iddiaçıya məxsus hazırda ailə üzvləri ilə birlikdə yaşadığı dondurma sexinin yanında kirayədə qalmışdır. Beş il əvvəl həmin ərazidə makler olan Həbib adlı şəxs onu ailəsi ilə birlikdə dondurma sexinə köçürmüşdür. Həbib bildirmişdir ki, sexin sahibi Vidadi sexi ona həvalə etmişdir. O, sexdə yaşadığına görə Həbibə 1700 manat ödəmişdir. Sonra Vidadi onunla görüşüb bildirmişdir ki, həmin yer ona məxsusdur və onun orada yaşamasına etiraz etmir, lakin yer plana düşəndə oradan onu çıxaracaqdır. Əvvəllər həmin sexdə qaz olmamışdır və ailəsi bundan əziyyət çəkdiyi üçün 3 aydır oraya qaz çəkdirmişdir. O, qaçqın kimi evlə təmin olunması üçün Səbail rayon İcra Hakimiyyətinin başçısına və aidiyyatı strukturlara müraciətlər etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin ona vermiş olduğu razılığa əsasən müvəqqəti onun orada yerləşməsinə icazələr verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Qacqınların və məcburi köçkünlərin probleminin həlli üzrə Dövlət proqramı»nda məcburi köçkünlərin 1992-1994-cü illərdə məskunlaşdığı evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçının heç bir hüququ pozulmur və həmin tikiliyə dair Dövlət Reyestrindən çıxarışı olmadığından subyektiv hüququ yaranmadığından ona və ailəsinə qarşı irəli sürdüyü tələb hesab edir ki, əsassızdır. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Hakimiyyətinin Başçısının 27 may 1998-ci il tarixli 822 a saylı sərəncamından görünür ki, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə torpaq sahəsi ayrılması haqqında, 7-ci Buxta döngəsi dalan 1 ev 20 «b»-də yaşayan X2 xahişi təmin olunaraq, ona İİ-ci Bibi-Heybət döngəsində (15x15) metr ölçüdə torpaq sahəsi ayrımış və ona fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Hakimiyyətinin Başçısının 26 oktyabr 2000-ci il tarixli 943 saylı sərəncamından görünür ki, vət. İddiaçı müraciət edərək ev tikintisi üçün Bibiheybət döngəsində qohumu R.M.Məmmədov üçün ayrılmış torpaq sahəsini qarşılıqlı razılıq əsasında öz adına sənədləşdirilməsini xahiş edir. Vət.İddiaçı xahişini təmin edərək RİHB-nın 27 may 1998-ci il tarixli 822 №-li sərəncamında dəyişiklik edilmiş, fərdi ev tikintisi üçün Bibi-Heybət döngəsində X3 ayrılmış torpaq sahəsi vət. İddiaçı adına sənədləşdirilmişdir. İş materiallaırnda olan 01.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və vət. İddiaçı iddiası ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanman və qorunan hüququdur.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 20 mart 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi çıxardığı qərarlarında «hər bir şəxsin özünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu tanımaqla, 1-ci maddənin özünün məzmununa görə mülkiyyət hüququnun təminatçısı olmasını» qeyd etmişdir (Marckx v.Belgium-31, 13 iyun 1979-cu il tarixli qərarı; İnze v.Austria - 126, 28 oktyabr 1987-ci il tarixli qəran). Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci cümləsinin məqsədləri üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsində belə nəticə öz əksini tapmışdır ki, məhkəmə cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsinin zəruri şərtləri arasındakı ədalətli tarazlılığa riayət olunub olunmamasını müəyyən etməlidir (Sporrong and Lönnroth v.Sweden - 52, 23.09.82; Erkner and Hofauer v. Austria - 117, 23.04.87; Poiss v.Austria - 124-E, 29.09.87; Mellacher and Others v.Austria - 169, 19.12.89; Fredin v. Sweden - 192, 18.02.91; Katte Klitsche de la Grange v. İtaly - 293-B, 23/04/87 ). Tuleşovun və qeyrilərinin Rusiyaya qarşı işi üzrə isə «ictimai maraqların» təmin edilməsi, yəni qanuni mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədi ilə ərizəçilərin mənzilinə hörmət hüququnun pozulmasında Avropa İnsan Hüquqları Məhkəməsi müdaxilənin qanuni məqsədə mütənasib olmasının araşdırılmasının zəruriliyini vurğulamışdır (Tuleshov and Others v. Russia, № 32718/02, 24.05.07). Azərbaycan Respublikasının məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsində deyilir: "Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Həmçinin həmin maddədə bildirilir: "məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər." Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydasının (Məcburi köçkünlərin köçürülməsi Qaydası") 4-cü maddəsinə əsasən müvəqqəti məskunlaşmış məcburi koçkunıər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məcburi köçkünlər tərəfindən order əsasında verilmiş mənzilin zəbt edilməsi nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozulması barədə Avropa İnsan Hüquqları Məhkəməsi (Məhkəmə) tərəfindən Azərbaycana qarşı qərar qəbul edilmişdir (Akimova Azərbaycana qarşı, 27 sentyabr 2007-ci il). Yerli məhkəmələr Akimovanın mübahisəli mənzildən məcburi köçkünlərin çıxarılması barədə iddia ərizəsini təmin etsələr də, qərarın icrasını Zəngilan rayonun işğaldan azad edilənə qədər təxirə salmasını qət etmişdilər. Həmin işlə bağlı Hökumətin (Azərbaycanın) yaşayış sahəsinə müdaxilənin müvəqqəti xarakter daşıması, bəzi normativ aktlarla nəzərdə tutulması, Azərbaycanda Ermənistanın işğalı altında olan ərazilərindən olan 700000-dən artıq məcburi köçkünün olması, məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunmasına ciddi ictimai ehtiyacın olması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarı ilə onları "evsiz qoya", "sosial gərginliyə və partlayışa gətirib çıxara" və "ictimai asayişə təhlükə yarada" bilməsi kimi arqumentlərinə dair Məhkəmə bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanı tərəfindən hər hansı müdaxilə qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Məhkəmə həmçinin "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci, habelə "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəalarını nəzərə alaraq bildirdi ki: "həmin maddələr tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər. Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" 19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə və Naxçıvan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. İnsan hüquqlarının və X4 haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentiərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası "İnsan hüquqlarının və X4 haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Beləliklə, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə hesab edir ki, iş üzrə məcburi köçkünlərin mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin sahibi olan İddiaçı hüquqlarını pozduğuna görə iddia təmin edilməli, onlar mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 evdən çıxarılsın, mənzil boşaldılaraq iddiaçı İddiaçı təhvil verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1402/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1402/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver