Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1426/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi T.V.Əliyevin iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun nənəsi X2 xx.xx.1934-cü ildə anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Nənəsi Bakı şəhəri, 8-ci mkr yerləşən qəbristanlığında dəfn edilmişdir. İndiyə qədər nənəsinə ölüm haqqında şəhadətnamə almamışlar. Nənəsinin qeydiyyatda olan yaşayış binası İcra Hakimiyyətinin icazəsi ilə sökülmüşdür. Ona görə də nənəsi əvvəl onlarla qalırdı, onun valideynlərinin mənzilində, onlarla birlikdə. Daha sonra onun o biri (kiçik) oğlunun mənzilində qalırdı. Bir az sonra nənəsi artıq mənzildə qalmaq istəməmiş, havaya görə şəhərdən kənar qalmaq istəmişdir. 2024-cü ilin aprel ayından nənəsi Mərdakəndə olan yaşlı insanlar üçün fərdi evpansionata (tibbi müəssisə deyildi) yaşamağa keçmişdir. Dekabr 2023-cü ildə nənəsinə X12 çağırılmışdır (o vaxt nənəsi kiçik oğlu ilə yaşayırdı). Son dəfə xx.xx.2024-cü il tarixli Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində görünür ki, X12 yerində olanda, nənəsi artıq rəhmətə getmişdir. Nənəsi özünü pis hiss etmiş, təxminən 30-40 dəqiqəyə dünyasını dəyişmişdir. Lakin nənəsi son aylar, yəni 2024-cü ildə poliklinikada baxış keçməmişdir və ona görə poliklinika onlara xəstə olduğu ilə bağlı arayış-tibbi şəhadətnamə təqdim edə bilməmişdir. Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və ölüm akt qeydi aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi nənəsi xx.xx.1934-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi X7 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi həmçinin göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi təqaüd aldığı üçün ölüm şəhadətnaməsinin Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün, həmçinin ölüm ilə əlaqədar verilən müavinətin alınması üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynı qızıdır, rəhmətə gedən qaynanasıdır. xx.xx.2024-cü ildə qaynanası Yelizaveta rəhmətə getmiş, dəfndə iştirak etmiş və 8 km. qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki,ərizəçi onun qardaşı qızıdır, rəhmətə gedən anasıdır. Anası xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir və onu 8 km. qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X2 xx.xx.1934-cü ildə Ukrayna Respublikasının Xmelnitsk vilayətində anadan olmuşdur. İş üzrə doğum şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası X2 göstərilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X7, anası X8 göstərilmişdir. İş üzrə Təcili və X4 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətinə əsasən xx.xx.2024-cü il tarixdə saat 09:15-də ünvan 2 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ona X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 44 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1934-cü il təvəllüdlü X2 44 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyi üçün tərəfindən “Ölüm haqqında həkim şəhadətnaməsi” (Forma 106) verilməyib. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi nənəsinin vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə nənəsi X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə DSMF-yə təqdim etmək üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin nənəsi X1 adına xx.xx.2024-cü il tarixdə X12 stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi Y.Əliyeva vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X1 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1426/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1426/2024
12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver