Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1475/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi işə cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İsmailxanov X8 26 sentyabr 1938-ci ildə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, İsmailxanov X8 ata xətti ilə nəvəsidir, babası adına olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan mülkdə doğulmuş və hal hazırda da həmin ünvanda yaşayır. Atası X6 faktiki vərəsəliyi qəbul edərək həmin ünvanda yaşamış və orada da vəfat etmişdir. O, babasının qanun üzrə vərəsəsidir və faktiki olaraq atasından sonra miras əmlakı qəbul edərək idarə edir. Babası, İsmailxanov X12 arxiv arayışına əsasən müsavatçı zabit olmuş və 1937-ci ildə Azərbaycan Respublikası Maştağa rayon X25 Komisarlığı tərəfindən həbs edilmiş, 22 sentyabr 1938-ci il tarixli protokola əsasən güllələnməyə məhkum edilmiş, hökm xx.xx.1938-ci ildə icra edilmişdir, lakin Azərbaycan Respublikası Baş Prokurorluğunun 23 mart 1994-cü tarixli rəyinə əsasən babası bəraət almışdır. Babasının vəfat etməsi ilə əlaqədar Səbail rayon Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etdi, lakin ölüm fakti ilə bağlı sənəd təqdim etməsinə baxmayaraq ölüm faktının qeydə alınmasından imtina etdilər. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli 25/İ-9412 saylı məktubu ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün əsasdır və Səbail rayon Qeydiyyat Şöbəsinin verdiyi imtina qanunsuzdur. Ona görə də ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuşdur. İş materiallarında olan 19 may 2023-cü il tarixli Natiqə İsmayılova, Zenfira Useynova və Züleyxa Eyvazova tərəfindən tərtib olunmuş aktdan görünür ki, həqiqətən X2 və X7 ailəsi ilə birlikdə ünvan 3 ünvanında ömrünün sonuna qədər yaşamış və hmin ünvanda da dünyasını dəyişmişdir. X1 isə eşitdiklərinə görə güllələnmə cəzası almış və cəza yerində cəza icra edilmişdir. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16- 5/8-770/15 nömrəli məktubundan görünür ki, İsmayılxanov X5 ölüm haqqında şəhadətnamə alınması barədə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 25/i-9412 nömrəli məktubdan görünür ki, 1885-ci ildə Bakı şəhəri, Şüvəlan kəndində anadan olmuş, keçmiş “müsavatçı" zabiti, ailəli olmuş (ailə üzvlərinin yalnız sayı - həyat yoldaşı və 7 (yeddi) övladı olduğu qeyd edilmişdir) ünvan 5 ünvanında yaşamış, ərizəçinin babası İsmayılxanov Əli X10 ilk dəfə, 1931-ci ildə, ikinci dəfə isə 12 avqust 1937-ci ildə Azərbaycan SSR Maştağa rayon X25 Komissarlığı (XDİK) tərəfindən həbs edilmişdir. Azərbaycan SSR XDİK Üçlüyü İclasının 22 sentyabr 1938-ci il tarixli protokoluna əsasən Ə.İsmayılxanov kolxoz quruluşu əleyhinə əks-inqilabi təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Hökm xx.xx.1938-ci ildə icra olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 23 mart 1994-cü il tarixli rəyinə əsasən Ə.lsmayılxanova bəraət verilmişdir. Əlavə olaraq qeyd edilr ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan işində onun Ə.lsmayılxanovun fotoşəkli, şəxsi sənədləri və dəfn olunduğu yer barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi babası İsmailxanov X8 26 sentyabr 1938-ci ildə ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, İsmailxanov X8 26 sentyabr 1938-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. İsmailxanov X8 26 sentyabr 1938-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1475/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1475/2023
27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver