Məhkəmə qərarları › İş №2(009)-1510/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1510/2025

16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1510/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum anası xx.xx.1942-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. Lakin son günlərini onun yanında ünvan 2 ünvanında onunla birgə yaşamışdır. Çünki anası X6 xəstə idi, o, ürək çatışmamazlığından əziyyət çəkirdi. xx.xx.2025-ci il tarixdə anasının vəziyyəti qəfil dəyişmişdir. O, dərhal Sumqayıt şəhəri Təcili və X5 Stansiyasına məlumat vermişdir. Briqada ünvana çatanda artıq anası dünyasını dəyişmişdir. Heç bir zorakılıq əlamətləri aşkarlanmamışdır. Sumqayıt şəhər Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsindən məyyən edilir ki, xx.xx.2025-ci il tarixdə xx.xx.1942-ci il təvəllüdlü X2 həkiməqədər ölümü hadisəsi baş vermişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X16 34 nömrəli şəhər poliklinikasından və “3 nömrəli Ailə Sağlamlıq Mərkəzi” X11 verilən arayışından görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu barədə o, faktla bağlı Azərbayccan Respublikası Ədliyyə Nazirliyi Səbail rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət ünvanlamışdır. Qeydiyyat Şöbəsi isə X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə imtina etmiş və məhkəmə qaydasında baxılmasını bildirmişdir. Beləliklə sənədlərdən görünür ki, ölüm hadisəsi baş vermis, lakin həkiməqədər ölüm hadisəsinin baş verməsi səbəbindən ölüm haqqında şəhadətnamənin tibbi müəssisəsi tərəfindən verilməsi mümkün olmamışdır. Odur ki, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, anasının qeydiyyatda olduğu ünvandan çıxarılması üçün ölüm şəhadətnaməsi tələb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəqarmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalası qızıdır. Xalası Ağabanu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Yasm mərasimləri keçirilmiş və orada iştiak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, ərizəçinin onun atasının bibisi nəvəsidir. xx.xx.2025-ci il tarixdə bibisi Ağabanu rəhmətə getmiş, babasının yanında qəbristanlığda dəfn etmişlər. Yasm mərasimlərində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx.xx.1942-ci ildə anadan olmuşdur. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.1987-cı ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X6 göstərilmişdir. İş üzrə “Respublika Təcili və X5 Mərkəzi” X13 Sumqayıt TTTYS tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə saat 08:30-da ünvan 5 ünvanına X2 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Xızı rayon Giləzi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi anası X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, xx.xx.2025-ci il tarixdə Giləzi Qəbirstanlığında dəfn olunmuşdur. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona X2 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 34 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.2025-ci il tarixdə vətəndaş Ərizəçi (mərhum X6) Bakı şəhəri 34 nömrəli şəhər poliklinikasına 106 nömrəli forma üçün müraciət etmişdir. X1 qeydiyyat ünvanı Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küç., ev 1A, m.28 olduğuna baxmayaraq, ünvan 7 ünvanında xx.xx.2025-ci il tarixdə 08.30 radələrində Sumqayıt təcili tibbi yardım stansiyasının briqadası ölüm faktı qeydə alınıb. Mərhumun qızı poliklinikaya müraciət etdikdə aşkar olunmuşdur ki, mərhum X6 34 nömrəli şəhər poliklinikaya müraciət olmayıb və heç bir xidmət göstərilməyib. Buna əsaslanaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəelmə Birliyi” X13 “3 nömrəli Ailə Sağlamlıq Mərkəzi” X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Ərizəçi (mərhum X6) Sumqayıt şəhər 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə 106 nömrəli forma üçün müraciət etmişdir. X1 qeydiyyat ünvanı Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küç., ev 1A, m.28 olduğuna baxmayaraq, ünvan 7 ünvanında xx.xx.2025-ci il tarixdə 08.30 radələrində Sumqayıt təcili tibbi yardım stansiyasının briqadası ölüm faktı qeydə alınıb. Mərhumun qızı Ailə Sağlamlıq Mərkəzinə müraciət etdikdə aşkar olunmuşdur ki, mərhum X6 3 No-li ASM-nə müraciət olmayıb və heç bir xidmət göstərilməyib. Buna əsaslanaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq ASM tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə anası X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X2 adına xx.xx.2025-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi A.Hüseynova vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2025-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar