Məhkəmə qərarları › İş №2(009)-1549/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1549/2025

30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1549/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs göstərməklə) barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxs ilə Bakı Səadət Sarayında xx.xx.2003-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nigahdan xx.xx.2007-ci il tarixində X8, xx.xx.2009-cu ildə X4 adlı uşaqları anadan olmuşlar. Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixində nikahları pozulmuşdur. Uşaqlar onun himayəsində qalmışlar. Uşaqlarının onun yanında qalması və aliment ödənilməsi, gələcəkdə təhsilinin davam etdirilməsi üçün ödənişlə bağlı aralarında aşağıdakı şərtlərlə xx.xx.2024-cü il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatında MŞB/20/2024-00282 saylı Barışıq Sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Maraqlı şəxs) aralarında bağlanmış nikahın pozulmasına qarşılıqlı razıdırlar. Sazişin 2-ci bəndinə görə X8 və X3 hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment Tərəf 2 (Maraqlı şəxs) ödəməyi öz üzərinə götürür. Sazişin 3-cü bəndinə görə Tərəf 2 (Maraqlı şəxs) birgə nikahdan olan uşaqların X8 və X1 Tərəf 1 (Ərizəçi) himayəsində qalmasına etirazı yoxdur. Sazişin 4-cü bəndinə görə Tərəflərin bir-birilərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq. Hazırda ödəmələr gecikdiyindən Barışıq Sazişinin təsdiqi və icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. “Sazişin 1-ci bəndinə Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Maraqlı şəxs) aralarında bağlanmış nikahın pozulmasına qarşılıqlı razıdırlar. Sazişin 2-ci bəndinə görə X8 və X7ma hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment Tərəf 2 (Maraqlı şəxs) ödəməyi öz üzərinə götürür.Sazişin 3-cü bəndinə görə Tərəf 2 (Maraqlı şəxs) birgə nikahdan olan uşaqların X8 və X1 Tərəf 1 (Ərizəçi) himayəsində qalmasına etirazı yoxdur”. Bu razılaşmalar üzrə məhkəmə qətnaməsi vardır. Sazişin 4-cü bəndinə görə tərəflərin bir-birilərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq qeyd etsələr də tərəf müxtəlif maneələr yaratmaqda bu gün də davam etdiyindən məhkəmə tərəfindən təsdiqini istəyir. Hesab edir ki, qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlirlər ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. İkinci tərəf Barışıq Sazişi üzrə 4-cü bəndinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2024-cü il tarixli Barışıq Sazişin 4-cü bəndinə görə “Tərəflərin bir-birilərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq” hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini və dərhal icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflər barışıq sazişində bir-birlərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacağı ilə bağlı razılığa gələrək, həmin şərti təsdiq etsələr də, Maraqlı şəxs əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etmişdir və bununla bağlı ərizəçi müvafiq bildirişi almışdır. Maraqlı şəxs barışıq sazişinin 4-cü bəndini könüllü icra etmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1805/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2003-cü il tarixdə 1943 nömrəli akt qeydi ilə bağlanmış nikahı pozulması qət edilmişdir. İş üzrə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahı Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 268 No ilə qeyd edilmişdir. İş “Birinci tərəf” qismində Ərizəçi ilə “İkinci tərəf” qismində Maraqlı şəxs arasında, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə, bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, “1. Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Maraqlı şəxs) aralarında bağlanmış nikahın pozulmasına qarşılıqlı razıdırlar. 2. X8 və X3 hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment Tərəf 2 (Maraqlı şəxs) ödəməyi öz üzərinə götürür. 3. Tərəf 2 (Maraqlı şəxs) birgə nikahdan olan uşaqların X8 və X1 Tərəf 1 (Ərizəçi) himayəsində qalmasına etirazı yoxdur. 4. Tərəflərin bir-birlərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq”. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1865/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi Zülfüqar qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barış sazişinin aşağı şərtlərlə təsdiq edilməsi qət edilmişdir: “X8 və X3 hər ay 23 yaşları tamam olunadək aylıq gəliirlərin 50% miqdarında aliment Maraqlı şəxs ödəməyi öz üzərinə götürür. Maraqlı şəxs birgə nikahdan olan uşaqları X8 və X1 Ərizəçi himayəsində qalmasına etirazı yoxdur”. İş materiallarına əlavə edilmiş Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyası (İMS) barədə MŞB/20/2025-00521 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi qarşı əmlak bölgüsü tələbinə dair mübahisəsi üzrə ilkin mediasiya sessiyasının keçirilməsi xx.xx.2025-ci il tarixə saat 10.00-a təyin edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqları var. Tərəflər arasında olan nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1), Maraqlı şəxs X6 və X3 23 yaşları tamam olunadək hər ay aylıq gəlirlərin 50% miqdarında alimentin ödənilməsi (bənd 2), birgə nikahdan olan uşaqların ananın yanında saxlanılması (bənd 3), tərəflərin bir-birlərinə qarşı heç bir əmlak və mülk tələbinin olmaması (bənd 4) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Maraqlı şəxs tərəfindən barışıq sazişində nəzərdə tutulmuş 4-cü bəndinə dair öhdəlikləri qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə sazişin məcburi icrasının təmin edilməsi məqsədi ilə barışın sazişinin həmin bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə baxımından qeyd edir ki, barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri imperativ qaydada göstərilməlidir. Həmin şərtə riayət edilməməsi onun təsdiqindən imtinanın əsası kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin təsdiqlənməsi xahiş olunan 4-cü bəndi tərəflərin birbirinə qarşı heç bir əmlak və mülk tələbi olmayacağı ilə bağlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin bənddə birgə əmlak rejiminin gələcək taleyi barədə konkretlik yoxdur. Yəni barışıq sazişində konkret hansı əmlaklar və mülklə bağlı tələbin olmayacağı göstərilməmişdir. Digər tərəfdən faktiki olaraq sazişin 4-cü bəndi tərəflərin mülki hüquqlarının müdafiəsindən imtina ilə əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Qanun qeyd edilən normasının tələblərindən göründüyü kimi, qanunvericilik şəxsin məhkəməyə müraciət etmək hüququndan imtina etməsini etibarsız hal kimi müəyyən edir. Sazişin 4-cü bəndi də tərəflərə belə hüquqdan istifadə imkanını məhdudlaşdırır ki, bu isə qanunla yolverilməzdir. Beləliklə məhkəmə barışıq sazişinin təsdiq olunması xahiş olunan 4-cü bəndinin qanuna zidd olmasını, tərəflərin hüququnun məhdudlaşdırılmasını nəzərə alaraq hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin olunmadığından, məhkəmə xərcləri – 100 manat ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizəçi onunla Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/20/2024-00282 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü - “Tərəflərin bir-birilərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq” bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi haqqında ərizəsi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar