Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1552/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanılmış Mşb/2_00378 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinin tam şəkildə, yəni “tərəflər-Ərizəçi və Maraqlı şəxs, övladları X2 himayəsinin anadan ataya verilməsinə razıdırlar” hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 13 mart 2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Nəzərə çatdırırlar ki, tərəflər arasında münasibətlər pisləşməsi səbəbindən tərəflər məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-292/2015 saylı, 15 yanvar 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahında dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X2 anası Maraqlı şəxs himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Daha sonra Ərizəçi “uşaqla görüş” iddiası ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-1412/2015 saylı, 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Ərizəçi övladı xx.xx.2010-cu il təvəllüdlü X7 ilə uşağın anası olmadan anası X1 iştirakı olmadan bir ayda 3 gün olmaqla, həftənin cümə günü saat 12:00-dan başlayaraq, cümə və şənbə günü gecə yanında qalmaq şərti ilə bazar günü saat 17:00-dək görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Lakin daha sonra cavabdeh yenidən ərizəçinin öz övladı ilə ünsiyyət saxlamasına mane olmuşdur. Ərizəçi övladı ilə əlaqə saxlayan zaman da övladı X7 atası ilə qalmaq istədiyini dəfələrlə anası Maraqlı şəxs bildirsə də, cavabdeh buna maneçilik törədirdi. Bu səbəbdən də Ərizəçi "uşağın atanın himayəsinə verilməsi" tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. 13 may 2025-ci il tarixində mediasiya prosesi təşkil edilmiş və hər iki tərəf mediasiya prosesində iştirak etmiş və tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bununla bağlı iddiaçıya "Barışıq sazişi” verilmişdir. Mediasiya prosesi Bakı 2 saylı Mediasiya Təşkilatında keçirilmiş və tərəflər arasında Mşb/2_00378 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Sözügedən barışıq sazişinin şərtlərinə əsasən tərəflər-Ərizəçi və Maraqlı şəxs, övladları X2 himayəsinin anadan ataya verilməsinə razıdırlar. Ana-Maraqlı şəxs X7 ilə sərbəst vaxt rejimində görüşə bilər. Lakin tərəflər arasında uşağın atanın himayəsinə verilməsi ilə bağlı barışıq sazişi olsa da, Maraqlı şəxs barışıq sazişinə əməl etmir. Həmçinin bildirmək istəyirlər ki, o, X4 atası Ərizəçi yanına göndərmir. Görünür Maraqlı şəxs ümumiyyətlə barışıq sazişini imzalamaq fikri yox idi. O sadəcə övladının yanında pis vəziyyətə düşməmək üçün barışıq sazişini imzalamaq məcburiyyətində qalmış və bu səbəbdən də hazırda barışıq sazişinin icrasından boyun qaçırır. Bu səbəbdən də hazırda barışıq sazişinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Video zəng vasitəsilə məhkəmə iclasına qoşulan X7 atası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ilə X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər - Ərizəçi və Maraqlı şəxs, övladları - X2 (d/t:xx.xx.2010,5XQT6JM,AA5677797) himayəsinin anadan ataya verilməsinə razıdırlar. Ana- Maraqlı şəxs uşaqla-X7 ilə sərbəst vaxt rejimində görüşə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixində bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərti məcburi icrası üçün təsdiq edilsin. “Tərəflər - Ərizəçi və Maraqlı şəxs, övladları - X2 (d/t:xx.xx.2010,5XQT6JM,AA5677797) himayəsinin anadan ataya verilməsinə razıdırlar.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1552/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1552/2025
01.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver