Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1555/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçi, Tərcüməçi X5 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası xx.xx.1938-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Anasının halı dəyişən kimi 19 saylı X7 çağırdılar, lakin 19 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi anası dünyasını dəyişmişdir. Bu barədə 19 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Anası vəfat etdikdən sonra onu Bibiheybət qəbiristanlığında dəfn etmişdilər. Anasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün anasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Daha sonar anasının ölüm haqqında tibbi şəhadətnaməsinin alınması üçün 33 saylı Şəhər Poliklinikasına müraciət etsə də oradan ona anasının poliklinikada qeydiyyatda olmadığı üçün imtina olundu. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1938-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən şahid Rəhimova Zöhrə Əziz qızı izahat verərək bildirmişdir ki, onlar neçə illər bir yerdə işə gedib-gəlirdilər. X4 İcra Hakimiyyətində, o isə MTN-də işləyirdi. Son iki il ərzində birdən birə zəifləməyə başladı. Ürəyindən əziyyət çəkirdi, eyni zamanda ayağı axsayırdı. Oğlu ona elə evində qulluq edirdi. Həmin günü evə 2 dənə təcili tibbi yardım maşını gəlmişdi. Elə təcili tibbi yardım işçiləri evdə olanda vəfat etdi. Məhkəmənin baxış iclasında iştirak edən şahid X1 izahat verərək bildirmişdir ki, X3 30 ildir ki, tanıyırdı. Xəstələnmişdi, iflic olmuşdu, gəzməkdə çətinlik çəkirdi, gözləri zəif görməyə başlamışdı. Sonra, öd kisəsini əməlliyat etdilər. Nəfəs almağı çətinləşmişdi. Uzun müddət idi ki, xəstə idi. Lakin, oğlu ona çox yaxşı baxırdı. 3-4 ay qabaq son dəfə ona baş çəkmişdi. Onun dünyasını dəyişdiyini mağazaya gedəndə satıcıdan öyrənmişdi. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE 04257448 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X4 xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 19 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə, saat 07:35-də çağırış daxil olmuşdur. Həkimə qədər qadın meyidi aşkar edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-464/15 saylı məktubdan görünür ki, ona X2 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Səbail rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0SB/TA-A173 nömrəli arayışına əsasən mərhum X4 Səbail rayonu, ünvan 1 mənzil 12 ünvanında yaşamış və xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. Ərizəçi anasının dəfn xərclərini ödəmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum anası X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhum anasının qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X2 adına xx.xx.2020-ci il tarixdə, saat 07:35-də təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi X4 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X2 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1555/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1555/2020
12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver