Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1575/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixində anadan olmuş Ərizəçi, mərhum əri xx.xx.1965-ci il tarixində anadan olmuş X7 ilə rəsmi nikah əsasında ailə həyatı qurmuşdur. X2 xx.xx.1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Mərhum əri X7 ürək və kəskin tənəffüs çatışmazlığı səbəbindən xx.xx.2001-ci ilin tarixində Sumqayıt şəhərində, qardaşının mənzilində vəfat etmişdir. Təəssüf ki, ölüm baş verdiyi zaman təcili tibbi yardım çağırılmamış və bu səbəbdən ölüm faktı rəsmi qaydada qeydə alınmamışdır. Hazırda mərhumun ölüm faktının rəsmiləşdirilməsi zəruridir. Bir sıra hüquqi hərəkətlərin (vərəsəlik və s.) icrası ilə əlaqədar olaraq zərurət yaranmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanlar (ASAN və ya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri) ölüm faktının qeydə alınması üçün müvafiq ölüm haqqında şəhadətnamə tələb edirlər, lakin bu sənədin verilməsi yalnız ölüm faktının məhkəmə qaydasında müəyyən olunmasından sonra mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-377-ci maddələrinə əsasən, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş edir. Ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, ərizəçinin kiçik qardaşıdır. Ərizəçinin ərini tanımışdır. Bacısıgil Sumqayıta qonaq getmişdilər, zəng etmişdir ki, əri vəfat etmişdir. 2001-ci ilin fevral ayında vəfat etmiş, Sumqayıtda dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağayev Mir-Ələskər Mir-Qasım oğlu bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin ərini 20 il bundan əvvəl görmüşdür. Ərizəçinin əri qış aylarında vəfat etmiş, Sumqayıtda yas mərasimi keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, ərizəçi qonşusudur. O, Seyran Məmmədov küçəsində, ərizəçi Ələddin Ağakişiyev küçəsində yaşayır. Ərizəçinin ərini tanımışdır. 2001-2002-ci ildə vəfat etmiş, Sumqayıtda dəfn olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X4 xx.xx.1965-ci il tarixində anadan olduğu, xx.xx.2001-ci il tarixində vəfat etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-704/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan Nəsimi rayon VVAD şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı, 392540 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 və Ərizəçi arasında nikah 10 may 2000-ci il tarixdə bağlanmış, 210 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına «Abbasova» soyadı verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.1965-ci ildə anadan olmuşdur. X7 Ərizəçi əri olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə ərinin ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X4 xx.xx.1965-ci il tarixində anadan olduğu, xx.xx.2001-ci il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə, iş materiallarında olan və araşdırma zamanı tədqiq edilmiş sübutlara, o cümlədən şahid ifadələrinə qiymət verərək hesab edir ki, X4 xx.xx.2001-ci ildə Sumqayıt şəhərində ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1965-ci il təvəllüdlü əri X4 xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1575/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1575/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver