Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1576/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi (4 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (4 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsinin maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1968-ci il təvəllüdlü atası X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 264A ünvanında ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 264A ünvanında yaşayan atası X2 08:00 radələrində vəziyyəti qəflətən pisləşmiş, bununla əlaqədar çağırış əsasında Bakı şəhəri Təcili və X5 Stansiyasının əməkdaşları gəlsələr də, atası Etibar İsayev artıq həkimə qədər ölmüşdür. Elə həmin gün atası “Qurd Qapısı” qəbirstanlığında yaxının qohumların iştirakı ilə dəfn edilmişdir. Atasının ölümü ilə əlaqədar şəhadətnamənin alınması üçün 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etsə də, onun müraciəti müsbət həll edilməmiş, o cümlədən ölüm faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası X2 ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsində məqsəd, AB 688920 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən atasına məxsus olan **-BL-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz ML 350” minik markalı avtomobilin və FM 036976 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə atasına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə ünvanında yerləşən 264A nömrəli fərdi yaşayış evinin miras əmlak kimi qanun üzrə vərəsəsinə keçməsini təmin etmək üçün ərazi üzrə müvafiq notariat kontoruna ərizə ilə müraciət edərək vərəsəlik işi açılması ilə bağlıdır. Hal-hazırda atasının ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamə olmadığından gələcəkdə vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət edilməsində maneələr yaranacaqdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili X3 ölüm haqqında şəhadətnamənin verilməsi üçün ərizəçinin müvafiq tibbi arayışın alınmasından ötrü səlahiyyətli səhiyyə orqanına şifahi müraciət etdiyini, lakin ona həmin arayışın verilməsindən imtina edildiyini göstərmiş və ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs 4 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1993cü il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X9 qeyd edilmişdir. İşdə olan AZE seriyalı, xx.xx.2018-ci il tarixli 17838258 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuşdur. İş materiallarında olan X11 X8 Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə xəstə X4 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 264A ünvanında aparılmış müalicə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi kişi olan meyit aşkar olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası BŞİH MKTD əhaliyə vətəndaşlıq xidməti tresti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 34 nömrəli arayışdan görünür ki, X6 “Qurd Qapısı” qəbiristanlığında xx.xx.2020-ci il tarixində dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 4 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/Q-1372-15 məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FH 036976 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, 264A saylı ev xüsusi mülkiyyət kimi X2 mülkiyyətindədir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz ML 350” minik markalı avtomobil X2 mülkiyyətindədir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1576/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1576/2020
27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver