Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1579/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun əri X6 xx.xx.1952-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur, Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Onunla 1982-ci il tarixdə ailə həyatı qurmuşlar və 2000-ci ildən isə birlikdə Azərbaycan Respublikasında Bakı şəhərində yaşamışlar. Belə ki, xx.xx.2025-ci il tarixdə isə əri Gündüz Miriev xəstəlikdən yaşadıqları ünvanda vəfat etmiş və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəbirstanlığında dəfn edilmişdir. Belə ki, əri X6 vəfat etdikdən sonra o, onun ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Hazırda yaranmış zərurətlə əlaqədar əri X4 ölümün qeyd edilmə faktının müəyyən edilməli və bu barədə şəhadətnamənin verilməsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1952ci il təvəllüdlü əri X4 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, mərhum həyat yoldaşı təqaüdçü olmuşdur, təqaüdün kəsilməsi üçün ondan ölüm şəhadətnaməsi istənilmişdir. Bu məqsədlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəqarmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur, 2004-cü ildən qonşuluqda yaşayır. Təsdiq edir ki, ərizəçinin həyat yoldaşı 2025-ci ilin aprel ayında rəhmətə getmişdir. O, mərhumun rayonda olduğu üçün yalnız 3 mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. 1995-ci ildən qonşuluq edirlər. Təsdiq edir ki, Gündüz müəllim xx.xx.2925-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. O, ərizəçi ilə qapı bir qonşusu olduğu üçün bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Gürcüstan SSR Marneuli rayonu, Qasımlı k/s, Qasımlı kəndiə tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətinə əsasən X5 ilə Ərizəçi arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 69 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Miriyev, arvada Salikova soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən Gürcüstan Respublikasının vətəndaşı xx.xx.1952-ci il təvəllüdlü Gıunduz Mırıevə xx.xx.2014-cü il tarixdən xx.xx.2026-cı il tarixədək Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanda yaşamaq üçün icazə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimlərə Baş İdarəsi tərəfindən verilmiş arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Gıunduz Mırıevə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Şəxs təvəllüdündəki dəyişikliklə əlaqədar Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanına qeydiyyata alınmaqla daimi yaşamaq üçün icazə vəsiqəsini xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək yenidən rəsmiləşdirmişdir. İş üzrə Təcili və X3 Stansiyasının 19 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə saat 04:55-də Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanına X2 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.2025-ci il tarixdə 19 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvan 4 ünvanında yaşamış xx.xx.1952-ci il təvəllüdlü Mırıev Gıunduz vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayşından görünür ki, mərhum X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəbiristanlığında dəfn edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona əri X2 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi həyat yoldaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə əri Gıunduz Mırıevin ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumun təqaüdünün dayandırılması məqsədi ilə DSMF-yə təqdim edilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin əri Gıunduz Mırıevin adına xx.xx.2025-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi Gıunduz Mırıev vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü Gıunduz Mırıevin xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Gıunduz Mırıevin adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1579/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1579/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver