Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1602/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il təvəllüdlüdür. Mərhum anası xx.xx.1937-ci il təvəllüdlü X4 ilə faktiki olaraq ünvan 1 ünvanında yerləşən mənzildə daimi (faktiki) olaraq yaşamışlar. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyim ona və mərhum anasına məxsus olan şəxsiyyət vəsiqələrinin surətləri ilə təsdiq edir. Mərhum anası xx.xx.1937-ci il təvəllüdlü X4 yaşlılıqla bağlı olaraq müəyyən xəstəliklərdən əziyyət çəkirdi və xx.xx.2025-ci il tarixində qəflətən vəfat etmişdir. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötəri mərhum anasına məxsus ölüm haqqında şəhadətnamənin olması zərurəti yaranmışdır. Mərhum anasının vəfat etməsindən sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. Bununla bağlı olaraq, Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin qurum tərəfindən müraciəti qəbul edilməmişdir. Səbəb isə onunla əlaqələndirilir ki, ölüm haqqında tibbi şəhadətnamə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, ərizəçinin əridir. Onlar bir evdə yaşamışlar. xx.xx.2025-ci il tarixdə onu yuxudan oyadıb bu barədə məlumat vermişlər. Təcili tibbi yardım əməkdaşlarını çağırmışlar, gəlib təsdiqləmişlər. 15-20 ilə yaxın insultdan sonra yataq xəstəsi idi. Onun iki qızı mütəmadi olaraq ona baxmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1937-ci ildə doğulmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 barəsində xx.xx.2025-ci il tarixdə çağırış edilmiş, aparılmış müalicə tədbirləri həkimə qədər ölüm qeyd edilmişdir. İş materiallarında olan Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 103 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində Həsən Əliyev küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-727/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 322499 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1971-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2008-ci il tarixli, 598 nömrəli arayışdan görünür ki, X7 və X5 arasında nikah 14 noyabr 1996-cı il tarixdə bağlanmış, 523 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına «Salamzadə» soyadı verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.1937-ci ildə anadan olmuşdur. X4 Ərizəçi anası olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə anasının ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 barəsində xx.xx.2025-ci il tarixdə çağırış edilmiş, aparılmış müalicə tədbirləri həkimə qədər ölüm qeyd edilmişdir. Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 103 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində Həsən Əliyev küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara, o cümlədən şahid qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci ildə Bakı şəhərində ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü anası X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1602/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1602/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver