Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1615/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 ölüm faktını müəyyən edərək ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, babası X6 18 noyabr 1943-cü ildə vəfat etmişdir. 24 noyabr 1958-ci ildə isə nənəsi X14 vəfat etmişdir. Onlar hər ikisi Suraxanı qəbirstanlığında dəfn olnmuşlar. Babası dəfn edilərkən digər qohumlar üçün də həmin qəbirstanlıqda yer götürülmüş və ətrafına dəmir barmaqlıqdan hasar çəkilmişdir. Bu yaxınlarda Suraxanı qəbirstanlığına gedərək baba və nənəsinin dəfn edildikləri qəbrin ətrafını sahmana salmaq istədikdə qəbirstanlıq nümayəndəsi mərhum babasıyla onun qohumluq əlaqəsini təsdiq edən sənəd tələb etmişdir. Babasının ölümü müharibə dövrünə təsadüf etdiyinə görə onun ölümünü təsdiq edən şəhadətnamə alınmamışdır. Bununla əlaqədar olaraq babasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin şöbədən 31 may 2024-cü il tarixli 3-16- 5/8-280-69/24 nömrəli imtina məktubu verilmişdir. X1 anası X2 atası olmasını və babasının vəfat etməsi faktını şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Ərizəçi onun xalasıdır, onun anası Həcər xanım İslamova, sonuncunun atası X6 olmuşdur. Ərizəçi X1 ölüm tarixi məzar daşının üzərində qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İslamov X20, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı, 260333 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İslamov X20 və X3 arasında nikah xx.xx.1973-cü il tarixdə bağlanmış, 616 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada «İslamova» soyadı verilmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 599255 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Ə-78 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 19 may 1935-ci ildə doğulan Əliyeva Həcər x. (sənəddə olduğu kimi) Siyabaqış (sənəddə olduğu kimi) qızının təvəllüdlü qeyd olunur. Atası: Əliyev Siyabaqış (sənəddə olduğu kimi) Abas Əli oğlu. Anası: Əliyeva Ağa-Bacı (sənəddə olduğu kimi) Qurbani (sənəddə olduğu kimi) qızı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Q-420 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Suraxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Siyabaxış Abasəli oğlu – doğulub: 1877-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Atası: Abasəli Məmmədyar oğlu. Anası: sənəddə olduğu kimi qeyd olunmayıb. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-280-69/24 nömrəli arayışdan görünür ki, X6 barəsində Səbail Rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxsndə 1943-cü illər saxlanılmır, 1944-1962-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-612/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X4 xx.xx.1876 anadan olduğu, xx.xx.1943-cü il tarixində vəfat etdiyi qeyd olunmuşdur. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X7 təvəllüdü və vəfat etdiyi tarix xx.xx.1896-xx.xx.1958-ci il kimi qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, İslamova (Qəhrəmanova) X28 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İslamov X20, anası X3 olmuşdur. İslamov X20 və X3 arasında nikah xx.xx.1973-cü il tarixdə bağlanmış, 616 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada «İslamova» soyadı verilmişdir. X3 xx.xx.2011-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Ə-78 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 19 may 1935-ci ildə doğulan Əliyeva Həcər x. (sənəddə olduğu kimi) Siyabaqış (sənəddə olduğu kimi) qızının təvəllüdlü qeyd olunur. Atası: Əliyev Siyabaqış (sənəddə olduğu kimi) Abas Əli oğlu. Anası: Əliyeva Ağa-Bacı (sənəddə olduğu kimi) Qurbani (sənəddə olduğu kimi) qızı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Q-420 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Suraxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Siyabaxış Abasəli oğlu – doğulub: 1877-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Atası: Abasəli Məmmədyar oğlu. Anası: sənəddə olduğu kimi qeyd olunmayıb. Göründüyü kimi, xx.xx.1967-ci il təvəllüdlü Qəhrəmanova (İslamova) X19 anası İslamova (Əliyeva) Həcərxanım Siyabaxış qızı olmaqla, sonuncunun atası isə X9 olmuşdur, başqa sözlə Əliyev Siyabaqış (Siyabaxış) Abas Əli (Abbasəli) oğlunun ərizəçinin ana tərəfdən babası olduğu müəyyən edilir. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə babasının ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X4 xx.xx.1876 anadan olduğu, xx.xx.1943-cü il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.1943-cü ildə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadəsi, habelə işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə, iş üzrə dindirilmiş şahidin qohumluq kimi yaxın əlaqəsinin olmasını və buna görə də ərizəçinin ailəsi ilə bağlı baş vermiş hadisə(lər)in onun tərəfindən eşidilməsi və xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadəsində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə təsdiqləndiyini nəzərə alaraq, X5 ifadəsini mötəbər və mümkün sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1877-ci (1876) il təvəllüdlü X1 xx.xx.1943cü tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1877-ci (1876) il təvəllüdlü X4 xx.xx.1943-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1877-ci (1876) il təvəllüdlü Əliyev Siyabaqış (Siyabaxış) Abas Əli (Abbasəli) oğlunun xx.xx.1943-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1615/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1615/2024
17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver