Məhkəmə qərarları › İş №2(009)-1657/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1657/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1657/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə Ərizəçi Hüsmeynqulu oğlunun iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26.03.1942-ci il təvəllüdlü X2 01.08.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X5 01.08.2020-ci il tarixdə rəhmətə getmişdir. Anasının halı dəyişən kimi 14 saylı X8 çağırmışlar, lakin 14 saylı Yardımlı Stansiyasının həkimləri gələnə kimi anası dünyasını dəyişmişdir. Bu barədə 14 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Anası vəfat etdikdən sonra onu Maştağa qəbiristanlığında dəfn etmişlər. Anasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi 25.05.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün anasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25.05.2021-ci il tarixli 05/Q-709/15 saylı məktubdan görünür ki, ona X2 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının 01.08.2020-ci il tarixxli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 14 saylı Bölmənin təcili tibbi yardım briqadası 01.08.2020-ci il tarixdə 15:40 radələrində ünvan 3 ünvanında olarkən orada 78 yaşlı X5 adlı qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X5 26.03.1942-cü ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, 2-ci M.Mansur döngəsi, ev 9 qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, Səbail rayonu, 2-ci M.Mansur döngəsi, ev 9 qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx xxxxxx 1965-ci ildə anadan olmuş, atası X1, anası X3r. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 01 avqust 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 26 mart 1942-cı il təvəllüdlü X2 01 avqust 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar