Məhkəmə qərarları › İş №2(009)-166/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-166/2021

18.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-166/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Nümayəndə etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X7 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və X16 işə cəlb edilməklə cavabdehlər X18 və Bakı şəhər 19 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və miras payların yenidən müəyyənləşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və X16 işə cəlb edilməklə cavabdehlər X18 və Bakı şəhər 19 saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 19 saylı Notariat Ofisi (xüsusi notarius Hafiz Hacızadə) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-28 və 2V-27 reyestr nömrəli (101 nömrəli vərəsəlik işi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv olunaraq, 2V-27 nömrəli reyestr əsasında verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə miras əmlakı olmuş Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, bina 11, 19 saylı mənzil üzrə Cavabdeh1 (aid olan hissədə) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmiş və verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı ləğv edərək, miras qoyan X8 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, bina 11, 19 saylı mənzil üzrə iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/2 hissəsində iddiaçının vərəsəlik payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsinin) Bakı şəhəri 19 saylı Notariat Ofisinin üzərinə qoyulması, eləcə də miras qoyan H. Mirzəyevanın adına “xxxx” ASC-nin Yasamal filialında bank hesabında olmuş 5000 manat pulun 2500 manatın 1/2 hissəsində iddiaçının vərəsəlik payı müəyyən edilməklə, 1250 manat pulun Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə X20 ilə nikah bağlayaraq ailə qurmuşdur. Bu nikahdan 2 övladı - Cavabdeh1 və İddiaçı dünyaya gəlmişdir. Lakin bir neçə il davam etdikdən sonra ailə münasibətləri kəskin surətdə korlanmış və nəticədə, nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulsa da, həm keçmiş həyat yoldaşı, həm də keçmiş ailə üzvləri (yəni həyat yoldaşının valideynləri) ilə mehriban münasibətləri saxlanılmışdır. Mütəmadi olaraq uşaqları ilə birgə onlara qonaq gedib gəlirdi. xx.xx.2017-ci il tarixində Nümayəndə keçmiş həyat yoldaşının anası X14 vəfat etmişdir. X3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, bina 11, mənzil 19 ünvanında 2 otaqlı mənzil, eləcə də, “xxxx”ASC-də bank əmanəti də var idi. Vəfat etdiyi zaman miras qoyan Hümayət Mirzəyevanın birinci növbəli vərəsələri var idi. Övladları - X16 və X20. Lakin miras qoyanın vəfatından sonra onun oğlu (yəni, iddiaçının atası) Rauf Mirzəyev də xx.xx.2017-ci il tarixində xroniki xəstəlik səbəbindən vəfat etmişdir. Bununla əlaqədar olaraq qanuna müvafiq qaydada vərəsəlik işinin açılması üçün yaxınlıqda yerləşən cavabdeh Bakı şəhəri, 19 saylı Notariat Ofisinə müraciət etməli oldular. Birinci növbə üzrə olan vərəsə Sevinc Bağırova ilə yanaşı, irsi transmisiyya üzrə vərəsə Rauf Mirzəyevin övladları hesab olunurdular. Amma cavabdeh Bakı şəhəri, 19 saylı Notariat Ofisinin xüsusi notariusu Hafiz Hacızadə vərəsə Rauf Mirzəyevin 2 övladının olmasını nəzərə almamış və yalnız miras qoyan Hümayət Mirzəyevanın birinci növbə üzrə sağ olan övladı Sevinc Bağırovanın və digər vərəsə Rauf Mirzəyevin yalnız bir övladı, digər Cavabdeh1 vərəsəlik hüququ tanınmışdır. Digər vərəsə, hazırki İddiaçı yetkinlik yaşına çatmamış olduğuna görə (o vaxt onun 13 yaşı olmuşdu) vərəsə kimi tanınmamışdır. İddiaçı vərəsə kimi tanınması cavabdeh xüsusi notarius tərəfindən imitna olunmuşdur. Bununla əlaqədar cavabdeh xüsusi notarius H.Hacızadə müvafiq ərizə tərtib edərək onun imzalanmasını vərəsələrə təklif etmişdir. Beləliklə, miras əmlak 2 bərabər paylara bölünmüşdür. Ancaq qanuna görə, yetkinlik yaşına çatmamış İddiaçı də qanun üzrə vərəsə hesab olunur və miras qoyan nənəsi Hümayət Mirzəyevanın ölümündən sonra atası Rauf Mirzəyevə çatası vərəsəlik payının yarısı ona da çatmalıdır. Belə olduğu halda, Cavabdeh1 miras əmlakdan qalan payın yarısı iddiaçıya çatmalıdı. Ancaq İddiaçı azyaşlı olduğundan və onun qanuni nümayəndəsi olan anası Nümayəndə hüquqi savadı olmadığından vaxtında onlar buna etiraz bildirə bilməmişlər. Ancaq bir neçə müddət öncə təsadüfən məsləhət almaq məqsədilə vəkilə müraciət etdikdən sonra, iddiaçıya və onun qanuni nümayəndəsinə vərəsəlik işinin düzgün aparılmaması, eləcə də, miras əmlakdan cavabdeh qardaşı Cavabdeh1 başqa, İddiaçı özünün də pay almaq hüququnun olduğu, lakin həmin səhv nəticəsində bu hüquqdan məhrum olduğu məlum olmuşdur. Belə olduğu halda hesab edirlər ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv olunmalı və İddiaçı də vərəsə kimi tanınmalı və onun adına da müvafiq şəhadətnamə verilməlidir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqqdim edərək, İddiaçı irsi transmissiya üzrə ona çatası miras payının faktiki qəbul olunmasının hesab olunması, 19 saylı Notariat Ofisinin xüsusi notarius Hafiz Hacızadə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-28 və 2V-27 reyestr nömrəli (101 nömrəli vərəsəlik işi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv olunaraq, 2V-27 nömrəli reyestr əsasında verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə miras əmlakı olmuş Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, bina 11, 19 saylı mənzil üzrə Cavabdeh1 (aid olan hissədə) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmiş və verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı ləğv edərək, miras qoyan X8 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, bina 11, 19 saylı mənzil üzrə iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsinin iddiaçının və digər vərəsə hazırki iddia üzrə Cavabdeh1 münasibətdə bərabər (hər birinin 1/2 hissəsində) vərəsəlik payları müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsinin) Bakı şəhəri 19 saylı Notariat Ofisinin üzərinə qoyulması, eləcə də, miras qoyan Hümayət Mirzəyevanın adına “xxxx” ASC-nin Yasamal filialında bank hesabında olmuş 5000 manat pulun 2500 manatın 1/2 hissəsində iddiaçının vərəsəlik payı müəyyən edilməklə (tanınaraq), 1250 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə iddiaçının qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqqdim edərək, İddiaçı irsi transmissiya üzrə ona çatası miras payının faktiki qəbul olunmasının hesab olunması, 19 saylı Notariat Ofisi (xüsusi notarius Hafiz Hacızadə) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-28 və 2V-27 reyestr nömrəli (101 nömrəli vərəsəlik işi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv olunaraq, 2V-27 nömrəli reyestr əsasında verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməyə görə miras əmlakı olmuş Bakı şəhəri, Yasamal rayonu, X34 (keçmiş Qasımzadə) küçəsi, bina 11, 19 saylı mənzil üzrə Cavabdeh1 (aid olan hissədə) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmiş və verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı ləğv edərək, miras qoyan X8 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, bina 11,19 saylı mənzil üzrə iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsində iddiaçının və digər vərəsə hazırki iddia üzrə Cavabdeh1 1/4 hissəsində vərəsəlik payları müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi ödəliyinin (vəzifəsinin) Bakı şəhəri 19 saylı Notariat Ofisinin üzərinə qoyulması, eləcə də miras qoyan Hümayət Mirzəyevanın adına “xxxx” ASC-nin Yasamal filialında bank hesabında olmuş 5000 manat pulun 2500 manatın 1/2 hissəsində iddiaçının vərəsəlik payı müəyyən edilməklə (tanınaraq), 1250 manat pulun Cavabdeh1 tularaq iddiaçıya ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Nümayəndə etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələblərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X16 iddia tələbini qəbul edərək bildirdi ki, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etmiş, ərizəni notariusun göstərişi əsasında yazmışdır. Ərizədə onun tərəfindən iddiaçı, mərhum qardaşı Raufun kiçik oğlu Anarın vərəsə kimi göstərilməməsi bilərəkdən olmamışdır. Cavabdehlər X23 və Bakı şəhər 19 saylı Notariat Ofisinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən ücüncü şəxslər AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və 3-cü şəxs X7 izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, AZ-İ 449956 nömrəli, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 2004-cü il tarixdə doğulmuşdur, atası X20, anası X4r. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 19 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli, 2V-28 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsəsi X16 və Cavabdeh1 miras əmlakdan hər bir 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak xxxx ASC-nin Yasamal filialı xx.xx.2017-ci il tarixli 103/01-03/648 saylı arayışa əsasən 1KAM**********074103 saylı hesabında 5000 AZN və **********002692195 saylı hesabdakı 0,34 əmanətdən ibarətdir. İş materiallarında olan 19 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli, 2V-27 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsəsi X16 və Cavabdeh1 miras əmlakdan hər bir 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X8 verilmiş 30/18510 qeydəalma nömrəsi ilə 764 nömrəli kitabın 114703-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X32 (Qasımzadə) küçəsi, bina 11, mənzil 19 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m. olan daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən 19 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-cü il tarixli ərizədən görünür ki, ərizəçi xx.xx.2017-ci il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış Bakı şəhəri, A.Abbasov küçəsi, ev 11, mənzil 19-a qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və özündən başqa digər vərəsə kimi X11 göstərmişdir. İş materiallarında olan X16 tərəfindən 19 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-cü il tarixli ərizədən görünür ki, ərizəçi xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, A.Abbasov küçəsi, ev 11, mənzil 19-a qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və özündən başqa digər vərəsə kimi Cavabdeh1 göstərmişdir. İş materiallarında olan AZ-İ 894003 №-li, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 2017-ci il tarixində ölmüşdür. İş materiallarında olan 30/18510 saylı, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qasımzadə küçəsi, 11 №-li yaşayış evinin 19 №-li mənzili X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan AZ-İ 599348 №-li, xx xxxxx 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyev X19 xx xxxxx 2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İ-JQ 402331 №-li, xx.xx.1976-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X17 xx xxxxxx 1962-ci il tarixdə nikaha bağlamışlar. Nikah bağladıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan İV-JQ 353087 №-li, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur, atası Mirzəyev X19, anası X9r. İş materiallarında olan İV-JQ 383790 №-li, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxxx 1967-ci il tarixdə doğulmuşdur, atası Mirzəyev X19, anası X9r. İş materiallarınd olan İV-JQ 356231 №-li, xx.xx.1987-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X15 xx xxxxxx 1987-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-T 035346 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1995-ci il tarixdə doğulmuşdur, atası X20, anası X4r. İş materiallarında olan AZ-İ 897172 №-li, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X20 xx xxxxxxxx 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xxxx ASC-nin 19 saylı Notariat Kontorunun sorğusuna 103/01-03/648 saylı, xx.xx.2017-ci il tarixli cavab məktubunun surətindən görünür ki, vəfat etmiş X12 bankda xx xxxxxxxx 2017-ci il tarixinə 1KAM**********074103 hesabı üzrə 5000 manat, **********002692195 saylı hesab üzrə 0.34 pul vəsaiti qalıqları vardır. Təqdim olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 11, mənzil 19 ünvan xx.xx.2018-ci il tarixdə 1/2 hissədə ********** nömrə ilə Cavabdeh1 və 1/2 hissədə ********** nömrə ilə X7 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” AR Qanununun 58-ci maddəsinin 3-cü abzasına əsasən Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Həmin Qanunun 59-cu maddəsinin 1-ci abzasına görə Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin 2-ci abzasına əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Həmin Təlimatın 100-ci maddəsinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir). Həmin Təlimatın 110-cu maddəsinin 10-cu abzasına görə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən verilir. Ərizədə onun yetkinlik yaşına çatmayanın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının nənəsi miras qoyan X5 xx.xx.2017-ci il tarixdə ölümündən sonra onun birinci növbəli vərəsələri onun övladları X16 və X20 olmuş, lakin oğlu Rauf Mirzəyev mirası qəbul etməyə macal tapmamış xx.xx.2017-ci il tarixində xroniki xəstəlik səbəbindən vəfat etmişdir. Bu zaman onun mirası qəbul etmək hüququ irsi transmissiya üzrə onun iki övladına, hazırki iş üzrə iddiaçı, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və iş üzrə cavabdeh, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 keçmişdir. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onun əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməli olduğu halda, bu haqda iddiaçının qanuni nümayəndəsi anası Nümayəndə heç bir məlumat vermədən vərəsəlik işi üzrə notariat hərəkətləri aparmış, miras əmlaka miras qoyan Hümayət Mirzəyevanın birinci növbə üzrə sağ olan övladı Sevinc Bağırovanın və digər vərəsə Rauf Mirzəyevin yalnız bir övladı, Cavabdeh1 vərəsəlik hüququ tanınmışdır. Digər vərəsə, hazırki İddiaçı yetkinlik yaşına çatmamış olduğuna görə (o vaxt onun 13 yaşı olmuşdu) vərəsə kimi tanınmamışdır. Halbuki yuxarıda qeyd olunan Təlimata əsasən yetkinlik yaşına çatmayan İddiaçı adından da onun valideyni Nümayəndə tərəfindən müvafiq ərizə verilə bilərdi (verilməli idi). Ancaq vaxtında hüquqları izah olunmadığına görə, yetkinlik yaşına çatmayan iddiaçının valideyni müvafiq ərizə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə görə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iş üzrə iddiaçı yetkinlik yaşına çatmayan İddiaçı tərəfindən irsi transmissiya üzrə ona çatası miras payın faktiki qəbul edilməsi faktı müəyyən edilməli, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-28 və 2 V-27 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Cavabdeh1 aid hissədə ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, 11 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarış ləğv edilməli, miras qoyan X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, 11 saylı evin 19 saylı mənzili üzrə İddiaçı vərəsəlik hüququ tanınmalı və həmin mənzildə 1/2 hissədə payın 1/4 hissəsinə İddiaçı və 1/4 hissəsinə Cavabdeh1 vərəsəlik payları müəyyən edilməli, miras qoyan Mirzəyeva Himayət Cəfər qızının adına «xxxx» ASC-nin Yasamal filialından bank hesabında olmuş 5000 manat pulun 2500 manat məbləğinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 vərəsəlik payı müəyyən edilməli və 1250 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən irsi transmissiya üzrə ona çatası miras payın faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-28 və 2 V-27 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Cavabdeh1 aid hissədə ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, 11 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarış ləğv edilsin. Miras qoyan X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, X32 (keçmiş Qasımzadə) küçəsi, 11 saylı evin 19 saylı mənzilə İddiaçı vərəsəlik hüququ tanınsın və həmin mənzildə 1/2 hissədə payın 1/4 hissəsinə İddiaçı və 1/4 hissəsinə Cavabdeh1 vərəsəlik payları müəyyən edilsin. Miras qoyan Mirzəyeva Himayət Cəfər qızının adına «xxxx» ASC-nin Yasamal filialından bank hesabında olmuş 5000 (beş min) manat pulun 2500 (iki min beş yüz) manat məbləğinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 vərəsəlik payı müəyyən edilsin və 1250 (bir min iki yüz əlli) manat pul Cavabdeh1 tutularaq İddiaçı verilsin. Həmin qətnamə müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışların verilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar