Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1661/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə X1, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 mart 1982ci il təvəllüdlü X4 17 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu X7 xx.xx.2011-ci il tarixdə rəhmətə getmişdir. Oğlunun halı dəyişən kimi 3 saylı X8 çağırmış, lakin 3 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi oğlu dünyasını dəyişmişdir. Bu barədə 3 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Oğlu vəfat etdikdən sonra onu Dağüstü 1 qəbiristanlığında dəfn etmişlər. Oğlunun vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün oğlunun adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-775/15 saylı məktubdan görünür ki, ona X4 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Təcili və X5 Stansiyasının xx.xx.2011-ci il tarixli sahə həkimi üçün xəbərdarlıq vərəqsindən görünür ki, xx.xx.2011-ci il tarixdə 20:25 radələrində ünvan 3 ünvanında olarkən orada 1982-ci il təvəllüdlü X7 kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli, 973 nömrəli Bakı şəhəri Yasamal Bələdiyyəsinin məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X7 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında xx.xx.2011-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx-2363/09 saylı məktubdan görünür ki, ona X4 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, ev 10, mənzil 9 qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X7 xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, ev 10, mənzil 9 qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7, 23 mart 1982-ci ildə anadan olmuş, atası X6, anası Ərizəçidır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X7 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 17 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 23 mart 1982-ci il təvəllüdlü X4 17 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1661/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1661/2022
07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver